Zaxarova: "Razılaşmalara əməl edilməsi Qarabağ münaqişənin dayanıqlı həllinə nail olunması baxımından vacibdir"

zaxarova razilasmalara emel edilmesi qarabag munaqisenin dayaniqli helline nail olunmasi baximindan vacibdir

Rusiya digər həmsədr ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik səylərini davam etdirmək niyyətindədir.

 

APA-nın məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib.

 

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə edilən bütün razılaşmalara əməl edilməsi münaqişənin dayanıqlı həllinə nail olunması baxımından vacibdir: “Münaqişə ilə bağlı Rusiya, Fransa və ABŞ prezidentlərinin indiyə kimi verdikləri birgə bəyanatlarında göstərilir ki, münaqişənin hərbi yolla həlli yoxdur və həmsədr ölkələr Azərbaycan və Ermənistan prezidentlərini münaqişəni güc tətbiq etməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ vermək yolu ilə həll etməyə çağırırlar. Üçtərəfli formatda davam etdirilən səylərlə yanaşı, Azərbaycan və Ermənistanla sıx münasibətlərini nəzərə alaraq Rusiya müstəqil səylərini də davam etdirəcək.

 

1994-cü ildə atəşkəsin elan olunması barədə sənəd məhz Rusiyanın təşəbbüsü ilə imzalanıb. 2016-cı ilin aprelində təmas xəttində atəşkəsin bərpası da məhz Rusiya tərəfinin  səyi nəticəsində mümkün olub”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • celilabadda magaza yanib
    Cəlilabadda mağaza yanıb
  • isvecrede mugam axsamlari kecirilib
    İsveçrədə muğam axşamları keçirilib
isvecrede mugam axsamlari kecirilib isvecrede mugam axsamlari kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ