NATO: Ermənistanla Azərbaycan arasında müharibə ehtimalını düşünmək belə istəmirik

nato ermenistanla azerbaycan arasinda muharibe ehtimalini dusunmek bele istemirik

"NATO Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bunu müxtəlif səviyyəli bəyanatlardan da aydın görmək olur. Yaxın vaxtlarda Gürcüstanda NATO Parlamentlər Assambleyasının toplantısı keçiriləcək. Bütün bunlar NATO ilə Gürcüstan arasında sağlam təməllərə dayanan əlaqələrin inkişaf etdiyini göstərir. Azərbaycan isə NATO-nun ortağıdır".

 

Bunu APA-nın Gürcüstan müxbirinə açıqlamasında NATO baş katibinin müavini Tacan İldem deyib.

 

O bildirib ki, NATO ilə Azərbaycan arasında əlaqələri yönləndirən bir çərçivə var: "Əlaqələr bu çərçivə əsasında inkişaf etməkdədir".

 

Dağlıq Qarabağ münaqişəsinə toxunan T. İldem münaqişəsinin həlli ilə Minsk qrupunun məşğul olduğunu bildirib: “NATO Dağlıq Qarabağ prosesinin həlli məsələsinə qarışa bilməz. Münaqişənin həlli prosesi Minsk qrupuna aiddir, münaqişəsinin tənzimlənməsinə bu qrup cavabdehdir”.

 

NATO  baş katibinin müavini "Ermənistanla Azərbaycan arasında müharibə başlayarsa, NATO-nun rolu necə olacaq" sualını da cavablandırıb: “Biz NATO olaraq gücdən istifadəyə qarşıyıq. Bu səbəbdən müharibə olacağı ehtimalını düşünmək belə istəmirik. Bu problemlərin, ixtilafların sülh yolu ilə həllini beynəlxalq təşkilatlar da dəstəkləyir. NATO-nun mövqeyi də eynidir”.

 

Diplomat gələn ay Bakıya səfəri zamanı mövzu ilə bağlı daha geniş açıqlamalar verəcəyini bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • komite sedri aztehsilli iqtisadi cehetden asili qadinlar zorakiliga daha cox meruz qalir
    Komitə sədri: "Aztəhsilli, iqtisadi cəhətdən asılı qadınlar ...
  • azerbaycan indiyedek dunya bazarinda 237 mln ton menfeet nefti satib
    Azərbaycan indiyədək dünya bazarında 237 mln. ton mənfəət ne...
azerbaycan indiyedek dunya bazarinda 237 mln ton menfeet nefti satib azerbaycan indiyedek dunya bazarinda 237 mln ton menfeet nefti satib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ