NATO PA-nın 97-ci Rose-Roth seminarında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

nato pa nin 97 ci rose roth seminarinda dagliq qarabag munaqisesi muzakire olunub

NATO Parlament Assambleyasının (PA) Gürcüstanın Batumi şəhərində 97-ci Rose-Roth seminarı başlayıb. 

 

Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı APA-ya bildirib ki, bugünkü mövzu “Cənubi Qafqazda təhlükəsizlik problemləri” olub.

 

Onun sözlərinə görə, müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin üzvü və erməni ekspertlər Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyündən xaric şəkildə təqdim etməyə cəhd ediblər. Azərbaycan nümayəndə heyəti buna mane olub.

 

M. İbrahimqızı çıxış edərək bildirib ki, Cənubi Qafqaz üçün ən böyük təhlükə Ermənistandır və Dağlıq Qarabağ münaqişəsi bu ölkənin Azərbaycanın ərazilərinə iddiasının nəticəsi olaraq yaranıb: “Hazırda Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxlayır. Ermənilər Xocalı soyqırımını törədiblər”.

 

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini xatırladan deputat bildirib ki, işğalda olan torpaqlar nəzarətsiz bölgə kimi transmilli mütəşəkkil cinayətkarlıq üçün əlverişli məkana çevrilib: “Narkobiznes, silah qaçaqmalçılığı, Orta Şərqin terrorçu qruplarının məkanıdır. Bu da təkcə bölgə üçün deyil, Avropa, ümumiyyətlə dünya üçün təhlükədir. Ermənistandakı son proseslər də göstərir ki, bu ölkə fəlakətə doğru gedir. Bu da vəziyyəti ağırlaşdırır. İki dəfə problemin həllinə yaxınlaşılıb. Bir dəfə Ter Petrosyanı istefaya göndəriblər, o birində isə parlamentdə dövlət səviyyəsində terror olub”.

 

Tədbirdə müxtəlif ölkələrin deputatları Azərbaycanla Ermənistanı qarşılıqlı dialoqa, əməkdaşlığa dəvət ediblər.

 

Türkiyədən olan deputatlar Oktay Vural və Mətin Lütfi Baydar bildiriblər ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında saxlandığı müddətdə Türkiyə və Ermənistan arasında heç bir diplomatik əlaqə, təmas olmayacaq.

 

Seminar davam edir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

20:09 27 May
12:17 26 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxida hova markali yuk masini asib surucu agir xesaret alib
    Şamaxıda "HOVA" markalı yük maşını aşıb, sürücü ağır xəsarət...
  • beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub
    Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli bi...
beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276