Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşlə bağlı bəyanat yayıblar

hemsedrler azerbaycan ve ermenistan xin rehberleri ile gorusle bagli beyanat yayiblar

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla Brüsseldə keçirdikləri görüşə dair bəyanat yayıblar.

 

APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, bəyanatda Brüssel görüşünün Azərbaycan və Ermənistanda keçirilmiş seçkilərdən sonra ilk yüksək səviyyəli görüş olduğu qeyd edilib.

 

Bəyanatda bildirilir ki, nazirlər vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və əsas müzakirələrə yenidən başlanması üçün növbəti addımları və parametrləri müzakirə ediblər. Tərəflər gələcək görüşlər üçün bəzi məsələləri razılaşdırıblar. Nazirlər yaxın zamanlarda yenidən ATƏT həmsədrlərinin vasitəçiliyi ilə görüşmək barədə razılığa gəliblər. 

 

Həmsədrlər gərginliyin azaldılmasının vacibliyini vurğulayaraq tərəflərə Helsinki Yekun Aktının prinsiplərinə uyğun olaraq münaqişənin sülh yolu ilə həlli üçün dəstək ifadə ediblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:00 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxi sakini hemyerlisinin avtomobilini asirib 3 neferi doyerek xesaret yetirib
    Şamaxı sakini həmyerlisinin avtomobilini aşırıb, 3 nəfəri dö...
  • bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib
    Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının növbəti iclası k...
bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267