PA əməkdaşı: “Bəzi müsəlman ölkələri Ermənistanla əlaqələr qurur, bu isə islam həmrəyliyinə ziddir”

pa emekdasi bezi muselman olkeleri ermenistanla elaqeler qurur bu ise islam hemreyliyine ziddir

“Azərbaycan müsəlman ölkələri ilə eyni mövqedən çıxış edir. Azərbaycanın 20 faiz torpağı işğal olunub, bir milyondan çox qaçqınımız var. İslam ölkələrinin bu münaqişə ilə bağlı mövqeyi bizi razı salır. Səudiyyə Ərəbistanı, Pakistan Ermənistanı dövlət kimi tanımır. Türkiyə Ermənistanı tanısa da, onunla heç bir əlaqəsi yoxdur. Lakin bəzi müsəlman ölkələri Ermənistanla əlaqələr qurur, əməkdaşlıq etməyə cəhd edirlər. Bu isə islam həmrəyliyinə ziddir”.

 

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Mətbuat Şurasının (MŞ) Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəylik Oyunlarının islam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi mövzusunda keçirdiyi konfransda çıxışı zamanı deyib.


O qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarında islam dininə aid qədim tarixi abidələri dağıdan ölkə ilə əməkdaşlıq etmək Azərbaycan torpaqlarının işğaldan azad olunmasını ləngidən amillərdən biridir: “İşğalçı ilə əməkdaşlıq etmək bir növ işğala haqq qazandırmaq deməkdir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • leyla eliyeva mdu nezdindeki asiya ve afrika olkeleri institutunda olub
    Leyla Əliyeva MDU nəzdindəki Asiya və Afrika Ölkələri İnstit...
  • erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler
    Ərdoğan: “Türkiyə Aİ-yə üzvlüklə bağlı mövqeyini dəyişə bilə...
erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ