Prezident: "Status-kvonun dəyişməsi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi deməkdir"

prezident status kvonun deyismesi azerbaycan torpaqlarinin isgaldan azad edilmesi demekdir

"Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafdakı 7 rayon Ermənistanın işğalı altındadır".

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında deyib.

 

Dövlət başçısı bildirib ki, işğal olunmuş ərazilərdə bütün infrastruktur, dini abidələr, məbədlər dağıdılıb: "ATƏT-in iki Faktaraşdırıcı Missiyasının hesabatında da bu, təsdiqini tapıb. Baş verənlər separatçılığın və Ermənistan tərəfindən işğalın nəticəsidir. Münaqişə başlayanda Azərbaycanın 8 milyon nəfər əhalisi, 1 milyon qaçqın və məcburi köçkün vardı. Adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayına görə Azərbaycan birinci yerdəydi. Həmin dövrdə Azərbaycan iqtisadiyyatının durumu yaxşı deyildi. Sonradan iqtisadi inkişaf nəticəsində bu insanların durumu xeyli yaxşılaşdı".

 

Prezident İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların qətnamələrində, qərarlarında Ermənistan işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir: "BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qəbulundan 25 il keçir. Təhlükəsizlik Şurasının bəzi qətnamələri isə saatlar içərisində yerinə yetirilir. Biz bunu ikili standartlar adlandırırıq. Beynəlxalq münasibətlərdə ikili standartlar mövcud olduğuna görə beynəlxalq hüquq müxtəlif ölkələr tərəfindən müxtəlif cür təfsir olunur. Beynəlxalq təşkilatların qərarları icra olunmursa, bütün dünya təhlükəyə doğru gedir. Bu, onu göstərir ki, bir ölkə digərinin ərazilərini işğal edə bilər.

 

Ermənistan Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayət törədib, torpaqlarımızı işğal edib. Azərbaycanın əraziləri işğaldan azad edilməli, vətəndaşlarımız torpaqlarına qayıtmalıdır. Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişə region üçün təhlükədir. Biz münaqişəni həll etmək, Ermənistan isə status-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərin rəhbərləri dəfələrlə bəyan edib ki, status-kvo dəyişməlidir. Bu, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi deməkdir".  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22:18 27 İyul
19:33 27 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuz sakini sirke tursusundan zeherlenib
    Tovuz sakini sirkə turşusundan zəhərlənib
  • bakida cinin silahli quvveleri gunu qeyd olunub
    Bakıda Çinin Silahlı Qüvvələri Günü qeyd olunub
bakida cinin silahli quvveleri gunu qeyd olunub bakida cinin silahli quvveleri gunu qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyul, 2017

USD
1.701
 
EUR
1.9984
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ