Rövşən Rzayev işğal altındakı rayonların Ağsaqqallar Şurası və Veteranlar Birliyinin rəhbərləri ilə görüşüb

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində  işğal altında olan rayonların Ağsaqqallar Şurası və Veteranlar Birliyinin rəhbərləri ilə görüş keçirilib.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Ağsaqqallar Şurasının ölkəmizin ictimai-siyasi, elmi və mədəni həyatında yaxından iştirak etdiyini bildirib.

 

Dövlət Komitəsinin sədri qaçqın və məcburi köçkünlərə dövlət qayğısından danışaraq  Prezident İlham Əliyevin hər zaman onların  problemlərini diqqətdə saxladığını, sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması yönündə ardıcıl və məqsədiyönlü işlər gördüyünü  bildirib. R. Rzayev Heydər Əliyev Fondu tərəfindən məcburi köçkünlər üçün müasir tipli binaların tikildiyini, yaxın zamanlarda qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli istiqamətində addımlar atılacağını söyləyib.

 

Torpaqlarımızın işğalından danışan Xocalı veteranlarının nümayəndəsi Xocalı soyqırımının insanlığa qarşı cinayət olduğunu,  dünyanın bu ədalətsizliyə ikili standartla yanaşdığını bildirib. Komitə sədri R. Rzayev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əhəmiyyətindən, kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirləri həyata keçirilməsi nəticəsində bir çox ölkə və beynəlxalq təşkilatların Xocalı soyqırımını tanındığını vurğulayıb.

 

Görüşün sonunda əraziləri işğal olunan Ağdam, Fizuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan, Şuşa, Xocalı, Xocavənd rayonlarının Ağsaqqallar Şuraları və Rayon Veteranlar Birliklərinin nümayəndələri ilə birgə xatirə şəkli çəkilib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn denizden meyiti tapilan sexslerin kimliyi mueyyenlesib
    FHN: Dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib...
  • los ancelesde adr in 100 illiyi qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi qeyd olunub
los ancelesde adr in 100 illiyi qeyd olunub los ancelesde adr in 100 illiyi qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276