Rusiya Sərhəd Xidməti Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən təlimlə bağlı məlumata dəyişiklik edib

rusiya serhed xidmeti azerbaycanin isgal olunmus erazilerinde kecirilen telimle bagli melumata deyisiklik edib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Rusiya və Ermənistanın İranla sərhəddə təlim keçirməsi ilə bağlı iki gün əvvəl yaydığı məlumata dəyişiklik edib.

 

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, məlumatın yenilənmiş versiyasında Dağlıq Qarabağ sözü çıxarılıb.

 

“Ermənistan Respublikasındakı Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti xəbər verir ki, Mehri sərhəd dəstəsinin nəzarət etdiyi ərazidə (Ermənistan-İran sərhədi) sərhəd axtarış həyata keçirilməsi üçün qüvvə və vasitələrin təlimi zamanı İran İslam Respublikasından Ermənistan Respublikasına şərti sərhəd pozucularının qarşısını almaq üçün aparılan birgə fəaliyyət yoxlanılırdı”, - deyə məlumatda vurğulanıb.

 

Qeyd edək ki, məlumatın ilkin versiyasında FTX Sərhəd Xidməti və Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qonşularının Dağlıq Qarabağa keçmək istəyən dövlət sərhəd pozucularının axtarışı ilə bağlı birgə fəaliyyət aparıldığı bildirilirdi. Konkret olaraq ru.armeniansputnik.am internet resursunda yer alan məlumatda deyilirdi ki, Rusiya və Ermənistan İranla sərhəddə təlimlər keçirib. Təlimlərdə İran-Ermənistan sərhədini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin köməyi ilə saxlanılması ssenarisi işlənilib. Təlimlərin bir hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirildiyi qeyd olunub.

 

Xatırladaq ki, APA yayılan məlumatla bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (DSX) sorğu ilə müraciət edib.  DSX mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədi ilə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin direktoru ordu generalı Vladimir Kulişova rəsmi məktub göndərilib.

 

Bildirilib ki, yaxın zamanlarda məsələ ilə bağlı əlavə məlumat veriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida vaz asib surucu xesaret alib
    Masallıda "VAZ" aşıb, sürücü xəsarət alıb
  • fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3
    FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİ...
fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3 fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3 +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ