Rusiya XİN Paşinyanın Qarabağ münaqişəsinin nizamlanmasına dair bəyanatını qeyri-konstruktiv hesab edir

rusiya xin pasinyanin qarabag munaqisesinin nizamlanmasina dair beyanatini qeyri konstruktiv hesab edir

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə mövqeyini qeyri-konstruktiv hesab edir.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in İnformasiya və Nəşr Departamentinin direktor müavini Artyom Kojin bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

"Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT tərəfindən əsası qoyulan müvafiq relslərə uyğun gəlməyən səs-küylü bəyanatlar yəqin ki, konstruktiv deyil", - deyə o vurğulayıb.

 

XİN nümayəndəsi Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Boçarnikovdan gözləntilərinə də toxunub, bü gözləntilərin müsbət olduğunu deyib: "Boçarnikov çox təcrübəli diplomatdır. Yen səfirin qarşısında Rusiya və Azərbaycan arasındakı strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək vəzifəsi dayanır".

 

Qeyd edək ki, N. Paşinyan separatçı Dağlıq Qarabağ rejiminin danışıqlarda münaqişə tərəfi kimi iştirak etməli olduğunu bəyanat edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar
    ® Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İntern...
  • neftcalada 62 eded cetene kolu askarlanib
    Neftçalada 62 ədəd çətənə kolu aşkarlanıb
neftcalada 62 eded cetene kolu askarlanib neftcalada 62 eded cetene kolu askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267