Rusiyalı jurnalist: “Qarabağ ermənilərinin əksəriyyəti məcburən erməniləşdirilib”

rusiyali jurnalist qarabag ermenilerinin ekseriyyeti mecburen ermenilesdirilib

"Mən tez-tez belə bir şey haqqında düşünürdüm ki, Sovet İttifaqı vaxtlarında görəsən nə üçün Rostov rayonunda və Krasnodar vilayətində slavyan etnik qrup və hələ XVIII əsrdə Yekaterinanın vaxtlarında bura köçüb gəlmiş yerli ermənilər arasında etnik gərginlik demək olar ki, yaşanmırdı".

 

APA-nın məlumatına görə, bunu bu gün Bakıda  "Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda beynəlxalq konfransda "Erməni proteksionizmi" mövzusunda çıxış edən “Rusiyanın cənubunun təhlili” dövrü nəşriyyatının baş redaktoru Yevgeni Mixaylov bildirib.

 

Y. Mixaylov deyib ki, SSRİ-nin dağılması və Ermənistan Respublikasının Azərbaycan ərazilərinə soxularaq torpaqları işğal etməsi səbəbindən başlayan Dağlıq Qarabağ münaqişəsinin yenicə gündəmə gəldiyi vaxtlarda Rusiyanın cənubunun hər yerində haradan gəldikləri bəlli olmayan güclü erməni cinayətkar dəstələri özünü göstərməyə başlayıb: "Ekspertlərin fikrincə, bu, 1990-cı illərdə erməni əhalisinin Ermənistandan və Azərbaycanın keçmiş Dağlıq Qarabağ muxtar vilayətindən kütləvi köçürülməsi ilə bilavasitə əlaqəli idi. Rusiyada onlar korrupsiyaya uğramış yerli hakimiyyət orqanlarına maliyyə yatırımı və rüşvət təklif edərək əhalinin kifayət qədər nəzərəçarpan təbəqəsinə çevrildilər. Onlar, burada başqa xalqlarla sülh şəraitində yaşayan və “qədim xalq” adına iddialı olmayan yerli ermənilərin tarixi irsinə məhəl qoymurdular. İmmiqrantlar öz yerli həmvətənlərini adam yerinə qoymurdular. Mən dəfələrlə onların necə açıq-aşkar təhqir etdiklərinin, ikinci növ adlandırdıqlarının şahidi olmuşam. “Böyük Ermənistan”a xəyanət etdikləri iddiaları ilə onları alçaldırdılar. Ən maraqlısı odur ki, yerli erməni sayılanlar uzun illər ərzində Eçmiədzin kilsəsi vasitəsilə məcburi erməniləşdirməyə məruz qalan etnik olaraq başqa xalqdır. Mənim üçün əsas kəşf etdiyim o oldu ki, yerli ermənilər qədim qıpçaqların birbaşa davamçılarıdır və ermənilərin güclü təbliğatına görə bu barədə Rusiyada çoxları bilmir".

 

Y. Mixaylov qeyd edib ki, erməni-qıpçaqların nəslindən olan rostovlu tədqiqatçı Eduard Vartanov artıq uzun illərdir Don vilayəti və qonşu rayonların erməni-qıpçaqlarının irsini və onların deetnikləşdirilməsi prosesini, yəni məcburi olaraq etnik erməniyə çevrilmələrini araşdırır: "Burada həmçinin Qarabağ xristianlarının mədəni-tarixi və mənəvi irsinin qorunub saxlanmasına çağıran ukraynalı tədqiqatçı, Qarabağ ermənilərindən olan Artur Ağacanovun rolunu da qeyd etmək lazımdır. Ağacanov saysız-hesabsız mənbə və faktlara əsaslanaraq sübut edir ki, Qarabağ xristianlarının əhəmiyyətli hissəsi xristian dünyasının ən qədim kilsələrindən biri olan Alban Avtokefal Kilsəsinin ləğvindən sonra məcburi olaraq Eçmiədzin kilsəsi vasitəsilə erməniləşdirilib. Qarabağ ermənilərinin əhəmiyyətli hissəsi qıpçaq, udin və digər xalqlar olub, lakin onlar məcburi olaraq etnik ermənilərin sırasına daxil edilib. Qarabağ, həmçinin Rostov, Stavropol, Krasnodar, Don və digər regionlardakı münaqişələrin səbəblərindən biri məcburən erməniləşdirmə və “Böyük Ermənistan” haqqında erməni tarixi konsepsiyasının təbliğatıdır. Bütün bu tarixi faktlar dünya ictimaiyyəti tərəfindən diqqətlə qiymətləndirilməlidir və biz hamımız türk etnosu olan erməni-qıpçaqların özünəməxsus mədəniyyətinin etnik irsinin, dili və tarixinin qorunub saxlanması üçün maksimum səylərimizi səfərbər etməliyik".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek
    Azərbaycanlı pianoçu XXIV İstanbul caz festivalında çıxış ed...
  • bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib
    Bakıda Pakistan Milli Günü münasibəti ilə rəsmi qəbul keçiri...
bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ