Səfir: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həqiqi addımlar atmağın vaxtı çoxdan çatıb"

sefir dagliq qarabag munaqisesinin helli ucun heqiqi addimlar atmagin vaxti coxdan catib

"Prezident İlham Əliyev tərəfindən balanslaşdırılmış xarici siyasət aparılır. Bu siyasətin əsasında istisnasız olaraq bizim milli maraqlarımız dayanır".

 

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bunu Azərbaycan Xalq Cümhuriyyətinin  100 illiyi münasibəti ilə "Moskovskiy Komsomolets" qəzetinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

 

P. Bülbüloğlu deyib ki, məhz ölçülü və çoxistiqamətli xarici siyasət sayəsində Azərbaycan ildən ilə öz mövqelərini həm regionda, həm də dünyada möhkəmləndirir: Bir neçə il bundan qabaq Azərbaycan Birləşmiş Millətlər Təşkilatı üzvlərinin tam əksəriyyətinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu, onu göstərirdi ki, dövlətimiz özünü beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi işinə böyük töhfə vermək bacarığı olan etibarlı tərəfdaş kimi təsdiq edib. Başqa bir parlaq göstərici isə son illər ərzində Bakının siyasi və humanitar xarakter daşıyan böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsidir. Əlavə etmək istəyirəm ki, Bakıda Rusiya və ABŞ baş qərargah rəislərinin görüşləri təşkil edilib, bu görüşlərdə regional və beynəlxalq təhlükəsizliyə dair aktual məsələlər müzakirə olunur".

 

Səfir qeyd edib ki, bütün dövlətlər ilə mehriban qonşuluq münasibətlərini qoruyub saxlayan Azərbaycan Ermənistanla münaqişə vəziyyətindədir: "Bu ölkə artıq 30 ildir ki, Azərbaycana qarşı hərbi işğalçılıq siyasəti aparır, ərazilərimizin 20 faizini işğal altında saxlamağa davam edir. BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının, ATƏT, Avropa Şurası, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, islam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə baxmayaraq, Ermənistan onları tamamilə rədd edir, beynəlxalq hüququn prinsip və normalarını pozaraq "status-kvo"nun qorunub saxlanmasına istiqamətlənmiş tədbirlər görməyə davam edir. Sözsüz ki, mövcud "status-kvo" qəbuledilməzdir. Münaqişənin həlli ilə bağlı həqiqi addımlar atmağın vaxtı çoxdan gəlib çatıb"

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar
    ® Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İntern...
  • neftcalada 62 eded cetene kolu askarlanib
    Neftçalada 62 ədəd çətənə kolu aşkarlanıb
neftcalada 62 eded cetene kolu askarlanib neftcalada 62 eded cetene kolu askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267