Sülh Platforması ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinə dəstəyini ifadə edib

sulh platformasi atet in minsk qrupunun amerikali hemsedrine desteyini ifade edib

Ermənistan-Azərbaycan Sülh Platforması ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlanda dəstəyini ifadə edən bəyanat yayıb.

 

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda qeyd edilir ki, Ermənistan-Azərbaycan Sülh Platforması münaqişə tərəfləri olan ölkələrin dövlət rəhbərlərinin açıqlamasında əksini tapan müharibə ritorikasının Cənubi Qafqaz regionunda yenidən sabitliyin və təhlükəsizliyin pozulmasına əsaslı zəmin yarada biləcəyindən narahatdır.

 

Platforma tərəfləri münaqişənin yeganə həll yolu olan sülh danışıqlarının substantiv əsasda təcili bərpasına çağırır: "Təqdirəlayiq haldır ki, bəyanatdan bir gün sonra, martın 11-də, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland keçirdiyi mətbuat konfransında danışıqlar masasına qayıtmağın vacibliyini bildirdi. Sülh Platforması ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın bu bəyanatını tam dəstəkləyir, Ermənistan və Azərbaycan rəhbərlərinin münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli istiqamətində təxirəsalınmadan danışıqlara başlamağa çağırır".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek
    Azərbaycanlı pianoçu XXIV İstanbul caz festivalında çıxış ed...
  • bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib
    Bakıda Pakistan Milli Günü münasibəti ilə rəsmi qəbul keçiri...
bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ