Sülh Platformasında görüş keçirilib

sulh platformasinda gorus kecirilib

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının Katibliyinin koordinatoru Dilarə Əfəndiyeva, İstanbul-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və Sülh Platformasının üzvü - Hülya Ağasoy və Qarabağ müharibəsi veteranı Rüxsarə Cumayeva arasında görüş keçirilib.

 

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, H. Ağasoy rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib, regionun xalqları arasında inam yaratmaq istiqamətində Sülh Platforması ilə əməkdaşlığa hazır olduğunu bildirib.

 

R. Cumayeva Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəyə qalxdığı zaman hərəkatda fəal iştirakından, 20 yanvarda yaralıları xəstəxanaya aparmasından, Qarabağ müharibəsində könüllü iştirakından bəhs edib. Müharibənin ağır bir sınaq olduğunu vurğulayan R. Cumayeva münaqişənin sülh yolu ilə həll olunması üçün səy göstərilməsini vacib sayıb.

 

Görüş zamanı Dağlıq Qarabağ ətrafındakı münaqişənin sülh yolu ilə həllinin imkanları və mexanizmləri müzakirə edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn denizden meyiti tapilan sexslerin kimliyi mueyyenlesib
    FHN: Dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib...
  • los ancelesde adr in 100 illiyi qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi qeyd olunub
los ancelesde adr in 100 illiyi qeyd olunub los ancelesde adr in 100 illiyi qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276