Şuşanın işğalının 26-cı ildönümü münasibətilə Şəhidlər xiyabanı ziyarət edilib

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü münasibətilə Şəhidlər xiyabanı ziyarət edilib.

 

APA-nın xəbərinə görə, ziyarətdə "Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri, Şuşa və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Ziyarətçilər şəhidlərin məzarına gül düzüb, “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.

 

Daha sonra isə Şuşada şəhid olmuş tank komandiri, yəhudi əsilli Albert Aqarunoviç Aqarunovun məzarı da ziyarət edilib.

 

“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bu il Şuşanın işğalından 26 il ötdüyünü xatırladaraq bu 26 il dözməyin çətin olduğunu deyib: " Hər birimiz ümid edirik ki, işğal altında olan torpaqlarımıza qayıdacağıq. Zaman Azərbaycanın xeyrinə işləyir. Bəzi ikili standartlara baxmayaraq, hamımız bilirik ki, Ermənistan işğaldan əl çəkməlidir, başqa yolu yoxdur. Dövlət başçımız da həmişə  vurğulayır  ki, biz torpaqlarımızın sülh yolu  ilə qaytarılmasını istəyirik.  Sülh olmasa, başqa yollara əl atılacaq".

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

20:09 27 May
12:17 26 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxida hova markali yuk masini asib surucu agir xesaret alib
    Şamaxıda "HOVA" markalı yük maşını aşıb, sürücü ağır xəsarət...
  • beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub
    Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli bi...
beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276