Texasdan olan konqresmen Xocalı soyqırımına dair bəyanat verib

texasdan olan konqresmen xocali soyqirimina dair beyanat verib

ABŞ-ın Texas ştatından olan konqresmen Cin Qrin Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanat verib.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, konqresmen Qrin bəyanatında 25 il öncə, 25-26 fevral tarixlərində, Ermənistan Silahlı Qüvvələrinin Xocalını işğal etdiyini və bu hücum zamanı yüzlərlə günahsız insanın öldürüldüyünü, yaralandığını və əsir götürüldüyünü qeyd edib.

 

Bəyanatda Xocalı faciəsi ilə bağlı beynəlxalq insan hüquqları təşkilatının hesabatına toxunularaq, bu dəhşətli hadisənin Ermənistan-Azərbaycan münaqişəsi dövründə ən böyük qətliam kimi xarakterizə olunması və Ermənistan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüququn tələblərinə məhəl qoymadan bilərəkdən bu vəhşilikləri törətməsi ilə bağlı məqamlara istinad olunub.

 

Bununla yanaşı, Konqresmen Xocalının hazırda işğal altında olduğunu və BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarının işğalını pislədiyini bəyan edib.

 

Konqresmen Qrin bəyanatında Xocalı faciəsini hərbi cinayət adlandıraraq, illər ötdükcə daha çox təşkilat və dövlətlərin Xocalıda Azərbaycan vətəndaşlarına qarşı törədilmiş vəhşilikləri tanıdığını bildirib.

 

Sonda ABŞ Konqresmeni Azərbaycanın ABŞ-ın güclü strateji tərəfdaşı və dostu olduğunu vurğulayaraq, həmkarlarına bu faciəni qeyd etdiyi bir zamanda ölkəmizlə birgə olmağa və işğal olunmuş torpaqlarımızda sülhün bərqərar olunması istiqamətində çalışmağa çağırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gedebey sakini tanisi terefinden doyulub
    Gədəbəy sakini tanışı tərəfindən döyülüb
  • semkirde 3 otaqli evde yangin olub
    Şəmkirdə 3 otaqlı evdə yanğın olub
semkirde 3 otaqli evde yangin olub semkirde 3 otaqli evde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ