Ukraynanın “Poruç” İctimai Birliyinin layihə koordinatoru Sülh Platformasına qoşulub  

ukraynanin poruc ictimai birliyinin layihe koordinatoru sulh platformasina qosulub

Ukraynanın “Poruç” İctimayi Birliyinin sosial layihələr üzrə koordinatoru olan Yana Brik Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğu barədə bəyanat verib.

 

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

 

“Artıq 25 ildən çox  davam edən  Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinə son qoymaq vaxtıdır. Ermənistan Respublikası və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstək ifadə edərək, həmçinin  beynəlxalq hüquq çərçivəsində münaqişənin həll olunmasının vacibliyini qeyd etmək istəyirəm.Münaqişənin sülh yolu ilə həllinə yönəlmiş BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri ATƏT-in Minsk qrupunun əhəmiyyətini qeyd etmək istəyirəm. Yaxın keçmişdə, iki xalqın ümumi ənənələri, dinc birgəyaşayışı nəticəsində yaranıb. Müasir dövrümüzdə  iki xalqın bir-birinə münasibətinin yalnız müharibə kontekstində olmasını dərin təəssüf hissi ilə qeyd etmək istəyirəm. Mən iki xalqların sülh və qardaşlıq içində birgə yaşamasına, və 25 il ərzində davam edən münaqişənin sülh yolu ilə həllinə dəstək ifadə etmək istəyirəm. Bu səbəbdən, mən məqsədi Cənubi Qafqazda sülh yaradıb və onu qorumaq olan Ermənistan Azərbaycan Sülh Platformasına dəstəyimi ifadə etmək istəyirəm. Yuxarıda göstərilən səbəblərə görə , Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • parisde makron ve putin arasinda gorus olub yenilenib
    Parisdə Makron və Putin arasında görüş olub - YENİLƏNİB...
  • moskvada bas veren qasirga neticesinde 11 nefer olub
    Moskvada baş verən qasırğa nəticəsində 11 nəfər ölüb...
moskvada bas veren qasirga neticesinde 11 nefer olub moskvada bas veren qasirga neticesinde 11 nefer olub +2
MƏZƏNNƏ
FOREX
/ 30 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ