Vüqar Rəhimzadə: “Azərbaycan prezidentinin çıxışı işğalçı ölkəyə, dünya ictimaiyyətinə bir çağırışdır”

vuqar rehimzade azerbaycan prezidentinin cixisi isgalci olkeye dunya ictimaiyyetine bir cagirisdir

“Bu gün regional və beynəlxalq əməkdaşlıqdan təcrid olunan Ermənistanda xaos, anarxiya və özbaşınalıq davam edir. İstər İrəvanda, istər bölgələrdə, istərsə də Azərbaycanın işğal altında saxlanılan ərazilərində insanlar illərdir ki, xalqı aldadan, ölkəni talayan rejimə qarşı üsyan edir, öz etirazlarını bildirirlər”.

 

APA-nın məlumatına görə, bunu YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

 

V. Rəhimzadə deyib ki, son günlər Dağlıq Qarabağda qondarma rejimə qarşı etirazlar daha şiddətli xarakter alıb: “Sadə insanlar terrorist rejimin əməllərini açıq şəkildə bütün dünyaya car çəkirlər. Bunun nəticəsi olaraq artıq qondarma rejimin “baş naziri” istefa verib. Azərbaycanın işğal edilmiş torpaqlarında - Dağlıq Qarabağda yaşayan ermənilərin gözü deyəsən, açılıb. Təəssüf ki, onlar bunu gec başa düşüblər. İyunun 6-da prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsində təşkil olunan iftar mərasimində çıxışı zamanı bildirib ki, onun illər ərzində dediyi sözləri erməni xalqı indi deyir. Dövlət başçımız dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa edib, onları öz adları ilə çağırıb, Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırıb. Bütün bunlar həqiqətdir. İşğalçı ölkədə xalq da bu siyasi idarəçilikdən, terrordan, özbaşınalıqdan bezib”.

 

V. Rəhimzadə qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edir, qlobal layihələrin təşəbbüskarı kimi yeni-yeni uğurlara imza atır. Regionda Türkiyə, Gürcüstan, İran, Rusiya və digər ölkələrlə ikitərəfli və çoxtərəfli faydalı münasibətlər daha da dərinləşir: “Ancaq Ermənistan  yenə də kənarda qalır. İşğalçılıq və terror siyasəti bu ölkəni və erməni xalqını uçuruma aparır. Prezident də son çıxışında xüsusi olaraq vurğulayıb ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, inkişaf üçün heç bir perspektiv yoxdur. Erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. Hesab edirəm ki, Azərbaycan prezidentinin çıxışı işğalçı ölkəyə, dünya ictimaiyyətinə bir çağırışdır. Həm dünya birliyi, həm də erməni xalqı bütün bunlardan nəticə çıxarmalı, işğalçıya təzyiq göstərilməli, torpaqlarımız azad edilməlidir. Prezident İlham Əliyevin də bildirdiyi kimi, ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq, münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək. Bununla Cənubi Qafqazda sülh bərpa oluna bilər”.

 

V. Rəhimzadə Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olduğu və bütün dünyanın da bunu bildiyini vurğulayıb: “BMT və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrdə də qeyd edilir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Ermənistan tərəfindən işğal edilib. Rəsmi sənədlərdə vurğulanır ki, Ermənistan bu işğala son qoymalı, Azərbaycanın torpaqları azad edilməlidir. Təəssüf ki, işğalçı ölkə bu çağırışlara məhəl qoymur. Ölkəmizin iqtisadi, hərbi gücü, siyasi çəkisi, nüfuzu durmadan artır. Prezidentimizin qeyd etdiyi kimi, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacaq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik.”

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267