XİN: Nalbandyan dövründən qalan patefonun valını dəyişməyin vaxtıdır

xin nalbandyan dovrunden qalan patefonun valini deyismeyin vaxtidir

”2016-cı il Vyana və Sankt-Peterburq razılaşmalarından danışan Ermənistan XİN-nin nümayəndəsinə xatırlatmaq istərdim ki, həmin görüşlərdə intensiv danışıqlar apararaq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması razılaşdırılıb”.

 

Bunu APA-ya Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin açıqlamasına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

 

H. Hacıyev bildirib ki, insidentlərin araşdırılması kimi texniki məsələlər də buna paralel olaraq aparılmalı idi: “Reallıq bundan ibarətdir. Ermənistan XİN nümayəndəsinə sənədləri düzgün oxumağı və başa düşməyi tövsiyə edərdim. Həm də artıq Nalbandyan dövründən qalan patefonun valını dəyişməyin vaxtıdır”.

 

Qeyd edək ki, Ermənistanın xarici işlər nazirinin sözçüsü Tiqran Balayan Ermənistanın həmsədr ölkələrin təklifləri əsasında ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinə sadiq qaldığını bildirib: “Bunun üçün  2016-cı ilin aprel hadisələrindən sonra əldə edilmiş razılaşmaları həyata keçirmək lazımdır”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 21 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azmiu nun muellimlerine kembric universitetinin sertifikatlari verilib
    AzMİU-nun müəllimlərinə Kembric Universitetinin sertifikatla...
  • azerbaycan ve serbiya prezidentleri metbuata beyanatlarla cixis edibler
    Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çı...
azerbaycan ve serbiya prezidentleri metbuata beyanatlarla cixis edibler azerbaycan ve serbiya prezidentleri metbuata beyanatlarla cixis edibler +2
MƏZƏNNƏ
FOREX
/ 21 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273