Azərbaycan XİN bəzi beynəlxalq media qurumları nümayəndələrinin Dağlıq Qarabağa səfərlərinə icazə verib

azerbaycan xin bezi beynelxalq media qurumlari numayendelerinin dagliq qarabaga seferlerine icaze verib

“Financial Times, Associated Press, Agence France Press kimi media qurumları rəsmi məktubla Azərbaycan Respublikası XİN-ə müraciət edərək işğal olunmuş ərazilərə səfər etmək üçün Azərbaycan hökumətinin icazə verməsini xahiş ediblər”.

 

Bu barədə APA-ya XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

 

H. Hacıyev bildirib ki, sözügedən beynəlxalq KİV-in ölkəmizin qanunlarına, ərazi bütövlüyü və suverenliyinə, həmçinin beynəlxalq hüquqa hörmətlərini nəzərə alaraq, onların nümayəndələrinin işğal olunmuş ərazilərimizə səfərinə etiraz edilməyib: “Ümidvarıq ki, bu səfər əsnasında beynəlxalq KİV nümayəndələri Azərbaycanın işğal olunmuş Laçın rayonu və Dağlıq Qarabağ bölgəsi ilə hərəkət edərək bu ərazilərin köklü azərbaycanlı sakinlərinə qarşı işğal nəticəsində törədilmiş etnik təmizləmə və onların mülkiyyətinin, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ilə yerindəcə tanış ola biləcəklər. Biz xarici KİV nümayəndələrinə bu səfər əsnasında tamamilə viran edilmiş Ağdam, Cəbrayıl, Füzuli və digər rayonlara da getməyi tövsiyə edirik. Amma təcrübə göstərir ki, Ermənistan tərəfi onların Xankəndidən kənara çıxmasına imkan verməyəcək”.

 

Qeyd edək ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan bu gün Xankəndidə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirməyi planlaşdırır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn denizden meyiti tapilan sexslerin kimliyi mueyyenlesib
    FHN: Dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib...
  • los ancelesde adr in 100 illiyi qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi qeyd olunub
los ancelesde adr in 100 illiyi qeyd olunub los ancelesde adr in 100 illiyi qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276