XİN: Bu ilin ikinci yarısında danışıqlar prosesində canlanma olub

xin bu ilin ikinci yarisinda danisiqlar prosesinde canlanma olub

“2017-ci ilin ikinci yarısında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesində canlanma olub”.

 

APA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycanla Minsk qrupunun atdığı addımlar nəticəsində Ermənistanın danışıqlar masasına qayıtması mümkün olub.

 

“Lakin təəssüf ki, işğal başa çatmayıb. Həmsədrlər BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki yekun aktı əsasında üzərlərinə düşən vəzifələri yerində yetirsinlər.  İlk növbədə işğala son qoyulmalı, qaçqın və məcburi köçkünlər geri qayıtmalıdırlar”, – deyə XİN sözçüsü əlavə edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • movlud cavusoglu azerbaycana sefer edecek yenilenib
    Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək - YENİLƏNİB...
  • yug teatrinin yeni direktoru kollektive teqdim edilib
    YUĞ Teatrının yeni direktoru kollektivə təqdim edilib
yug teatrinin yeni direktoru kollektive teqdim edilib yug teatrinin yeni direktoru kollektive teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027