XİN Dağlıq Qarabağa qanunsuz səfər etmiş Avropa Parlamentinin deputatına cavab verib

xin dagliq qarabaga qanunsuz sefer etmis avropa parlamentinin deputatina cavab verib

"İşğal olunmuş ərazilərə səfər etmiş Avropa Parlamentinin deputatı Yaromir Ştetinanın Azərbaycana qarşı açıqlamaları milli və dini zəmində təfriqətçiliyin artmasına xidmət göstərir".

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Y. Ştetinanın ona qarşı açılmış cinayət işinə verdiyi şərhlərlə əlaqədar bildirib.

 

“Ştetina Avropa parlamentinin üzvü olaraq erməni lobbisinin maliyyə vəsaiti ilə fəaliyyət göstərir və birtərəfli şəkildə erməni lobbisinin təbliğatını həyata keçirir. O özünün bu fəaliyyəti ilə regionda vəziyyətin gərginləşməsinə və münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində mane olacaq xidmətlər göstərir. Stalinizm dövrünə toxunan Ştetinaya bildirmək istərdik ki, Ermənistanda olan hakim rejim mahiyyəti və əməlləri ilə Stalin rejimindən daha qəddar və terrorçu təbiətə malikdir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın törətdiyi qanlı etnik təmizləmə, Xocalı soyqırımı o cümlədən 4 iyulda azyaşlı qız və onun nənəsinin öldürülməsi bunun bariz nümunələridir”.

 

H. Hacıyev qeyd edib ki, Ştetina mənəvi çərçivələrdən kənar öz fəaliyyəti ilə rejimin təbliğatçısı qismində çıxış edir: “Törətdiyi bu kimi analoji əməllərə görə Ştetina üçün vətəndaşı olduğu Çexiyanın cinayət məcəlləsinə uyğun olaraq 10-18 ilə qədər cinayət məsuliyyəti nəzərdə tutulub”.

 

H. Hacıyev əlavə edib ki, Azərbaycan milli və beynəlxalq hüquqi, o cümlədən ikitərəfli, dövlətlərarası beynəlxalq hüquqi vasitələrdən istifadə edərək Y. Ştetinaya, Frank Engel kimi deputatlara qarşı zəruri hüquqi təqib addımlarını bundan sonra da davam etdirəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • malide almaniyaya mexsus herbi helikopter qezaya ugrayib olenler var yenilenib
    Malidə Almaniyaya məxsus hərbi helikopter qəzaya uğrayıb, öl...
  • bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib
    Baş Prokurorluq: “Bank Standard”ın keçmiş rəhbəri istintaqda...
bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyul, 2017

USD
1.701
 
EUR
1.9798
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ