XİN nümayəndəsi: “Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkün olmur”

xin numayendesi dagliq qarabag munaqisesinin siyasi yolla helli mumkun olmur

Dağlıq Qarabağ kimi münaqişələr regionda sabitliyin və təhlükəsizliyin pozulmasına gətirib çıxarır. Belə münaqişələr Avropa İttifaqından kənarda baş verir”.

 

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən Xarici İşlər Nazirliyinin əməkdaşı, səfir Kamil Xasıyev bildirib.

 

K. Xasıyev deyib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycan torpaqlarının işğalı pislənilib, ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olunub: “BMT Baş Assambleyası da bu məsələ ilə bağlı 3 sənəd qəbul edib. Bundan başqa, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, GUAM da eyni mövqedədir. Beynəlxalq ictimaiyyətin rəyinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları azad etməyib, bu torpaqlarda hərbi gücünü saxlayır, o torpaqlardan qovulmuş yüz minlərlə azərbaycanlının torpaqlarına qayıtmasının qarşısını alır. Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkün olmur”.

 

K. Xasıyev qeyd edib ki, təmas xəttindəki yaşayış məntəqələri atəşə tutulur, hərbiçilərlə bərabər mülki şəxslər də hədəf olur: “2016-cı ilin aprelində azərbaycanlı uşaqlar da hədəf olub, həyatını itirib”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

20:09 27 May
12:17 26 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxida hova markali yuk masini asib surucu agir xesaret alib
    Şamaxıda "HOVA" markalı yük maşını aşıb, sürücü ağır xəsarət...
  • beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub
    Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli bi...
beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276