Xocalı soyqırımının Rusiya Dövlət Duması tərəfindən tanınması üçün petisiya hazırlanıb

xocali soyqiriminin rusiya dovlet dumasi terefinden taninmasi ucun petisiya hazirlanib

Xocalı soyqırımının Rusiya Dövlət Duması tərəfindən tanınması üçün petisiya hazırlanıb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, petisiyanın müəllifi erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran, erməni mifi haqqında çoxlu sayda araşdırmaların müəllifi olan tarixçi alim Oleq Kuznetsovdur. 


O. Kuznetsov petisiyanın Rusiya Dövlət Dumasına və Federasiya Şurasına göndəriləcəyini bildirib. 
 

Petisiyada Xocalı soyqırımının törədilməsi haqqında əmrin Ermənistanın indiki prezidenti, həmin vaxt Dağlıq Qarabağda bütün qanunsuz silahlı birləşmələrin qərargah rəisi və separatçıların “özünümüdafiə qüvvələri”nin komitə sədri olmuş Serj Sarkisyan tərəfindən verildiyi qeyd olunub. 

 

Sənəddə bildirilir ki, Meksika, Türkiyə, Kolumbiya, Qvatemala, Peru, İordaniya, Honduras, Cibuti parlamentləri Xocalıda azərbaycanlılara qarşı erməni transmilli terroru tərəfindən soyqırım törədildiyini tanıyıb: “Pakistan, Sudan, İsrail, Çexiya, eləcə də İslam Konfransı Parlament Assambleyası Xocalı hadisəsini insanlığa qarşı cinayət kimi tanıyıb. Rusiya Dövlət Dumasının deputatlarını öz xarici həmkarlarından nümunə götürməyə, erməni terrorçularının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı, bəşəriyyətə qarşı cinayəti tanımağa çağırırq”.

 

https://www.change.org_medium=copylink

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdasda magazadan ogurluq eden iki nefer saxlanilib
    Ağdaşda mağazadan oğurluq edən iki nəfər saxlanılıb
  • erdogan abs ve terror teskilatinin bayraqlarinin birge dalgalanmasi bizi teessuflendirir
    Ərdoğan: ABŞ və terror təşkilatının bayraqlarının birgə dalğ...
erdogan abs ve terror teskilatinin bayraqlarinin birge dalgalanmasi bizi teessuflendirir erdogan abs ve terror teskilatinin bayraqlarinin birge dalgalanmasi bizi teessuflendirir +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ