"Youth Association BIID" təşkilatı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

youth association biid teskilati ermenistan azerbaycan sulh platformasina qosulub

Latviyanın "Youth Association BIID" təşkilatının sədri Aleksey Averyaninkov  Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğu barədə bəyanat verib.

 

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

 

"Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini nəzərə alaraq  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yeganə düz yoldur. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin yerinə yetirilməsini vacib olduğunu , ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq bu fəaliyyəti dəstəkləyirəm. Məqsədi Cənubi Qafqaz regionunda sülh və əmin-amanlıq qurmaq və onu saxlamaq olan Ermənistan Azərbaycan  Sülh Platformasına dəstəyimi ifadə etmək istəyirəm. Təəssüflə qeyd edirəm ki, Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyirəm. Buna görə də, Youth Association BIID təşkilatı adından, məqsədi  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • malide almaniyaya mexsus herbi helikopter qezaya ugrayib olenler var yenilenib
    Malidə Almaniyaya məxsus hərbi helikopter qəzaya uğrayıb, öl...
  • bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib
    Baş Prokurorluq: “Bank Standard”ın keçmiş rəhbəri istintaqda...
bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyul, 2017

USD
1.701
 
EUR
1.9798
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ