Zaxarova: "Azərbaycan və Ermənistan münaqişə bölgəsində müşahidəçilərin sayının artırılmasını razılaşdıra bilməyiblər"

zaxarova azerbaycan ve ermenistan munaqise bolgesinde musahidecilerin sayinin artirilmasini razilasdira bilmeyibler

Azərbaycan və Ermənistan münaqişə bölgəsində ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı yekun qərara gələ bilməyiblər.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi ilə bağlı suala cavabında deyib. 

 

M. Zaxarova bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 2016-cı ildə Vyana və Sankt-Peterburqda keçirilən görüşlərdə Azərbaycan və Ermənistan prezidentləri münaqişə zonasında sabitliyə istiqamətlənən addımları, sülh prosesinə yardım edən atmosferin yaradılmasını müzakirə ediblər: “Bu məqsədlə onlar münaqişə bölgəsində beynəlxalq müşahidəçilərin sayının artırılması ilə bağlı razılığa gəliblər. Bu mövzu xarici işlər nazirlərinin bu ilin əvvəlində Krakovda keçirilən görüşündə müzakirə olunub, əlavə müşahidəçilərin olması və bununla əlaqədar digər məsələlərlə prinsipial anlaşma əldə olunub. Lakin tərəflər bununla bağlı hələ ki yekun qərara gələ bilməyiblər. Hazırda Ermənistanda yeni rəhbərlikdir. Ümid edirik ki, tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı, müşahidəçilər məsələsi da daxil olmaqla, bir sıra geniş məsələləri müzakirə edəcəyi yenə görüşlər olacaq”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:00 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxi sakini hemyerlisinin avtomobilini asirib 3 neferi doyerek xesaret yetirib
    Şamaxı sakini həmyerlisinin avtomobilini aşırıb, 3 nəfəri dö...
  • bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib
    Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının növbəti iclası k...
bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267