AMİP-in sabiq sədri: "İlham Əliyevin alternativi yoxdur"

amip in sabiq sedri ilham eliyevin alternativi yoxdur

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanatı qərəzlidir".

 

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sabiq sədri, politoloq Yusif Bağırzadə deyib.

 

O bildirib ki, ATƏT-in müşahidə missiyası heç bir əsas olmadan prezident seçkilərinin legitimliyini şübhə altına alır: "Onda sual yaranır ki, namizədlərin qeydə alınması mərhələsində ATƏT belə bəyanatla niyə çıxış etməyib? Bu büro 2003-cü il, 2008-ci ildə Azərbaycanda keçirilən prezident seçkilərində də müşahidəçi qismində çıxış edib və pozitiv bəyanat yayıb. İndi də həmin siyasi partiya və İlham Əliyev hakimiyyətdədir. İndi nə dəyişib? Əksinə, ötən dövr ərzində cənab İlham Əliyevin apardığı siyasətə görə nüfuzu həm xalq, həm də beynəlxalq ictimaiyyət arasında xeyli artıb. Belə olan halda ATƏT-in müşahidə missiyasının məhz indi belə bəyanat yayması doğrudan da absurddur. Bu onu göstərir ki, bəyanatı qərəzlidir".

 

Y. Bağırzadə deyib ki, hazırda Azərbaycanda bütün sahələrin, əsasən də qeyri-neft sektorunun inkişafı İlham Əliyevin adı ilə bağlıdır: " Azərbaycanın beynəlxalq imici yüksəlib, TAP, TANAP, Bakı-Tiflis-Qars dəmir yolu xətti kimi nəhəng layihələr həyata keçirilir. Bunlar hamısı İlham Əliyevin uğurlarıdır. Bu baxımdan hesab edirəm ki, siyasi səhnədə İlham Əliyevin alternativi yoxdur və o, xalq tərəfindən dəstəklənir".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev wilmotte associ s architectes sirketinin icraci direktoru ile gorusub
    Prezident İlham Əliyev “Wilmotte & Associés Architectes” şir...
  • azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub
    Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru i...
azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027