Azərbaycan diplomatlarının fəaliyyətinə nəzarət qaydaları dəyişdirilir

azerbaycan diplomatlarinin fealiyyetine nezaret qaydalari deyisdirilir

Azərbaycanın diplomatik orqanlarının əməkdaşlarının fəaliyyətinə nəzarət genişləndirilir, bütün diplomatik xidmətdə olanların fəaliyyətinin attestasiya edilməsi qaydası konkretləşdirilir.

 

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə “Diplomatik xidmət haqqında” qanuna əlavə və dəyişiklik təklif edilir.

 

Layihəyə əsasən, qanunun 14-cü (Xidməti attestasiya və fəaliyyətin qiymətləndirilməsi) maddəsinə əlavə edilən yeni bəndə görə, “müvafiq vəzifələrdə azı 1 il çalışan diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin attestasiyası keçirilə bilər. Hər bir diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxsin attestasiyası beş ildə bir dəfən çox olmayaraq keçirilir”.

 

Maddənin 3-cü bəndi isə dəyişdirilərək belə verilir: “xidməti attestasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir”. Bəndin hazırda qüvvədə olan variantı isə belədir: “Xidməti attestasiyanın keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir”.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 23-də müzakirəyə çıxarılacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn yevlaxda xestexanada bas veren yangin sondurulub yenilenib 2
    FHN: Yevlaxda xəstəxanada baş verən yanğın söndürülüb - YENİ...
  • sehidin medali ailesine teqdim olunub
    Şəhidin medalı ailəsinə təqdim olunub
sehidin medali ailesine teqdim olunub sehidin medali ailesine teqdim olunub +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyul, 2017

USD
1.701
 
EUR
1.9984
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ