Prezident İlham Əliyev: “Heydər Əliyev Azərbaycana sabitlik gətirdi”

prezident ilham eliyev heyder eliyev azerbaycana sabitlik getirdi

"1993-2003-cü illər Azərbaycanda sabitlik, inkişaf illəri olmuşdur. Heydər Əliyev göstərdi ki, ən ağır, böhranlı vəziyyətdən çıxış yolu var. O da düşünülmüş siyasətdir, cəsarətdir, müstəqil siyasət və addımlardır. 1996-cı ildən isə artıq sabitlik, inkişaf dövrü başlayır. O vaxt dövlətçiliyin əsasları qoyuldu. 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti yaşayır, yeni formalarla zənginləşir, Azərbaycan inkişaf edir. Heydər Əliyev Azərbaycana sabitlik gətirdi. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və bizdə olan sabitlik xalqın iradəsinə əsaslanır".

 

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Ümummilli Liderin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə söyləyib.

 

Dövlət başçısı xatırladıb ki, Heydər Əliyev 1993-cü ildə Azərbaycanda dərin siyasi islahatlara start verib: “Siyasi islahatların aparılması ilə Azərbaycanda demokratiyanın inkişafına çox böyük təkan verilmişdir. Bu gün Azərbaycanda bütün azadlıqlar var. Azərbaycan cəmiyyəti azadlıq şəraitində yaşayır, siyasi islahatlar davam etdirilir. Biz demokratik yolumuza dəfələrlə öz sadiqliyimizi göstərmişik. Heydər Əliyev 1993-cü ildə uğurlu xarici siyasət aparmağa başlamışdır. Bu siyasət nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. O vaxta qədər Azərbaycan haqqında dünyada, ümumiyyətlə, məlumat yox idi, ya da ki, erməni lobbiçiləri dünya ictimaiyyətinə ölkəmiz haqqında yanlış, təhrif edilmiş məlumat çatdırırdılar. Heydər Əliyev o informasiya blokadasını dağıda bildi. Heydər Əliyev dərin iqtisadi islahatların başlanmasına təkan verdi. Bu gün Azərbaycan iqtisadiyyatı bütün parametrlərə görə bütün ölkələr üçün nümunə ola bilər”.

 

“Bakı şəhəri bu gün dünya miqyasında ən gözəl şəhərlərdən biridir. Bakının müasir rəmzləri yaradıldı. Onlardan biri də Ulu Öndərin adını daşıyan bu möhtəşəm Heydər Əliyev Mərkəzidir. Bu gün Heydər Əliyev Mərkəzinin açılışının beşinci ildönümüdür. Beş il bundan əvvəl biz Heydər Əliyev Mərkəzində ilk görüşü keçirmişdik. Bu, bir müstəqillik, inkişaf rəmzidir. Mənim fikrimcə, müasir memarlıq əsərləri arasında Heydər Əliyev Mərkəzi birinci yerdədir. Yəni, dediyim sözlər bir daha onu göstərir ki, Ulu Öndər həmişə olduğu kimi, xalqa son müraciətində də düzgün proqnoz verdi. O, inanırdı və bildirdi ki, onun davamçıları onun görə bilmədiyi işləri görəcəklər, belə də oldu. Biz – onun davamçıları bununla fəxr edirik. Fəxr edirik ki, onun ideyalarını yaşadırıq. Fəxr edirik ki, müstəqilliyimizi möhkəmləndiririk və Heydər Əliyev yolu ilə gedirik və gedəcəyik”, deyə prezident İlham Əliyev vurğulayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ecdadlarin izi ile movzusunda elmi konfrans kecirilib
    Bakıda "Əcdadların izi ilə" mövzusunda elmi konfrans keçiril...
  • koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir
    “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarı...
koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ