Azərbaycan prezidenti: “Neftin qiymətinin düşməsi nəticəsində yaranan böhrandan çıxış yolu tapılıb”

azerbaycan prezidenti neftin qiymetinin dusmesi neticesinde yaranan bohrandan cixis yolu tapilib

“2016-cı ildə təhlükələr artıb, qanlı müharibələr davam edib, hətta yeni münaqişə ocaqları yaranıb”.

 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

 

Dövlət başçısı deyib ki, iqtisadi inkişafla bağlı vəziyyət ağırlaşıb: “Bütün bunlara baxmayaraq, Azərbaycan 2016-cı ildə inamlı inkişafını davam etdirib, təhlükəsizlik təmin olunub. Xalqımız sülh və əminamanlıq şəraitində yaşayıb. Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir”.

 

Prezident İlham Əliyev bildirib ki, ötən il ölkə qarşısında duran bütün vəzifələr icra edilib: “Neftin qiymətinin düşməsi nəticəsində yaranan böhranlı vəziyyətdən çıxış yolu tapılıb. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik və inkişaf yolu ilə gedir. Biz çalışmışıq, bundan sonra da çalışacağıq ki, ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik, sabitlik, inkişaf yoludur”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdasda magazadan ogurluq eden iki nefer saxlanilib
    Ağdaşda mağazadan oğurluq edən iki nəfər saxlanılıb
  • erdogan abs ve terror teskilatinin bayraqlarinin birge dalgalanmasi bizi teessuflendirir
    Ərdoğan: ABŞ və terror təşkilatının bayraqlarının birgə dalğ...
erdogan abs ve terror teskilatinin bayraqlarinin birge dalgalanmasi bizi teessuflendirir erdogan abs ve terror teskilatinin bayraqlarinin birge dalgalanmasi bizi teessuflendirir +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ