Azərbaycanla Koreya arasında gömrük əməkdaşlığına dair saziş imzalanıb

azerbaycanla koreya arasinda gomruk emekdasligina dair sazis imzalanib

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Brüsseldə ÜGT Gömrük Əməkdaşlıq Şurasının sessiyası zamanı növbəti ikitərəfli görüş keçirib.

 

Komitədən APA-ya verilən məlumata görə, Koreya Respublikası Gömrük Xidmətinin rəhbəri Kim Yung-Moon ilə keçirilən görüşdə Azərbaycanla Koreya arasında mövcud əlaqələrdən söhbət açılıb, əməkdaşlıq münasibətlərinin müxtəlif sferalarda, o cümlədən gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

 

Səfər Mehdiyev Azərbaycan tərəfinin koreyalı həmkarları ilə gömrük işinin bütün sahələrində, xüsusilə də ticarətin asanlaşdırılması, risk analizləri, informasiya texnologiyalarının tətbiqində əməkdaşlıq əlaqələrini davam etdirməkdə maraqlı olduğunu və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Kim Yung-Moon Azərbaycanla əməkdaşlığa önəm verdiklərini bildirib, eləcə də ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi rolunu qeyd edib. Görüşdə Azərbaycan və Koreya gömrük orqanları arasında əməkdaşlıqdan razılıq bildirilib və qarşılıqlı əlaqələrin bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyinə əminlik ifadə olunub. Tərəflər xüsusilə vurğulayıb ki, Azərbaycan və Koreya arasında gömrük işinə dair imzalanması nəzərdə tutulan müvafiq sənəd əməkdaşlığın genişlənməsinə stimul verəcək, tərəflərin inteqrasiyasını sürətləndirəcək. Sonra görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı yardım və əməkdaşlıq haqqında Saziş" imzalanıb. SənədiAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Koreya Respublikası Gömrük Xidmətinin rəhbəri Kim Yung-Moon imzalayıblar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267