Maliyyə monitorinqi aparan işçilərlə bağlı xüsusi tələblər müəyyənləşdirilir

maliyye monitorinqi aparan iscilerle bagli xususi telebler mueyyenlesdirilir

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna yeni 17-1 (Maliyyə monitorinqi orqanının işçilərinə dair tələblər) maddəsinin əlavə edilməsi təklif olunur.

 

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə layihə təqdim edilib.

 

Təklif olunan yeni maddəyə əsasən, maliyyə monitorinqi orqanının işçilərinə (o cümlədən rəhbərlərinə) dair tələblər aşağıdakılardır:

 

- elmi, yaradıcılıq fəaliyyəti və maliyyə monitorinqi orqanının rəhbərinin, maliyyə monitorinqi orqanının rəhbərinin isə müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə pedaqoji fəaliyyət istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olmamaq;

 

- maliyyə monitorinqi orqanının rəhbərinə, maliyyə monitorinqi orqanının rəhbərinin isə müvafiq icra hakimiyyəti orqanına bildirmədən xarici ölkənin və ya beynəlxalq təşkilatın vəsaiti hesabına xarici ölkəyə səfər etməmək;

 

- vəzifələrinin icrası ilə əlaqədar dövlət sirri və qanunla mühafizə edilən digər sirr də daxil olmaqla, onlara məlum olmuş və xidməti fəaliyyətinə dair məlumatı həmişə, o cümlədən maliyyə monitorinqi ilə əmək münasibətlərinə xitam verildikdən sonra da saxlamaq və qanunla müəyyən olunmuş hallar istisna olmaqla bu məlumatı açıqlamamaq, habelə üçüncü şəxslərin xeyrinə istifadə etməmək;

 

- vəzifələrini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmaq, bu zaman irqinə, etnik mənsubiyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməmək;

 

Maddədə o da bildirilir ki, maliyyə monitorinqi orqanının işçiləri ( cümlədən rəhbərləri) xidməti vəzifələrini həyata keçirərkən hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmış zərər üçün məsuliyyət daşımırlar. Bu şərtlə ki, həmin hərəkətin və ya hərəkətsizliyin qanunsuz və ya vicdansız olduğu sübut edilməsin.

 

Layihə Milli Məclisin iyunun 12-də növbədənkənar sessiyada ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar
    ® Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İntern...
  • neftcalada 62 eded cetene kolu askarlanib
    Neftçalada 62 ədəd çətənə kolu aşkarlanıb
neftcalada 62 eded cetene kolu askarlanib neftcalada 62 eded cetene kolu askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267