İşğal olunmuş ərazilərdə əlvan metalları qeyri-qanuni hasil edən şirkətlərin fəaliyyətinə hüquqi qiymətin verilməsinə başlanıb

isgal olunmus erazilerde elvan metallari qeyri qanuni hasil eden sirketlerin fealiyyetine huquqi qiymetin verilmesine baslanib

““AzerGold” QSC Azərbaycan ərazisində mövcud perspektivli əlvan metal yataqlarının işlənilməsində və istismara verilməsində kompleks yanaşma tətbiq edir. Bu məqsədlə ölkənin əlvan metal hasilatına dair Yol Xəritəsi sənədinin hazırlanmasına başlanılıb.

 

“APA-Economics”in məlumatına görə, bunu iyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “AzerGold” QSC-nin sədri Zakir İbrahimov deyib. Onun sözlərinə görə, sənəd sovet hakimiyyəti dövründən arxivlərdə mövcud məlumatların müasir standartlara uyğunlaşdırılmasını, o cümlədən rəqəmsal formata salınmasını, mineral ehtiyatların beynəlxalq normalar əsasında yenidən hesablanmasını, mədənlər üçün istismar mərhələləri üzrə fəaliyyət planının hazırlanmasını əhatə edəcək.

 

“Rəqəmsallaşdırma yataqların iqtisadi və ekoloji cəhətdən daha dayanıqlı və səmərəli idarəçiliyinə töhfə verəcək. Yuxarıda adıçəkilən işlərin icrası məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər dövlət qurumları ilə əməkdaşlıq edilir”, - deyə Z.İbrahimov vurğulayıb.

 

“AzerGold” sədri əlavə edib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində əlvan metalların qeyri-qanuni hasilatı ilə bağlı erməni və xarici şirkətlərin fəaliyyətinə hüquqi qiymətin verilməsi prosesinə başlanılıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • abs da katerin qezaya ugramasi neticesinde 17 nefer olub
    ABŞ-da katerin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb ...
  • goranboyda 125 mm lik top mermisi askarlanib
    Goranboyda 125 mm-lik top mərmisi aşkarlanıb
goranboyda 125 mm lik top mermisi askarlanib goranboyda 125 mm lik top mermisi askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267