Deputatın mandatının MSK tərəfindən ləğvinin mübahisələndirilməsi qaydası müəyyənləşib

deputatin mandatinin msk terefinden legvinin mubahiselendirilmesi qaydasi mueyyenlesib

Azərbaycan Milli Məclisinin deputatının mandatının Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən ləğvinin mübahisələndirilməsinə dair iddia üzrə icraat müəyyənləşdirilib.

 

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə İnzibati Prosessual Məcəlləyə yeni VIII-I Fəslinin (Azərbaycan Respublikası Milli Məclisi deputatının mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarının mübahisələndirilməsinə dair iddia üzrə icraat) əlavə edilməsi təklif olunur.

 

Fəsilə aid 130-1 maddəsində Azərbaycan Respublikası Milli Məclisi deputatının mandatdan məhrum edilməsi haqqında MSK qərarının mübahisələndirilməsinə dair iddia üzrə icraatın xüsusiyyətləri göstərilir:

 

- Azərbaycan Respublikası Milli Məclisi deputatının mandatdan məhrum edilməsi haqqında MSK qərarının mübahisləndəriilməsinə dair iddia ərizəsi apellyasiya instansiyası məhkəməsinə həmin qərar rəsmi dərc edildiyi gündən 10 gün müddətinə verilir.

 

- Azərbaycan Respublikası Milli Məclisi deputatının mandatdan məhrum edilməsi haqqında MSK qərarının mübahisləndəriilməsinə dair iddia ərizəsinə məhkəmə tərəfindən 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.

 

- Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin və MSK nümayəndəsinin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur.

 

- İş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verə bilər.

 

- Ali Məhkəmə şikayətə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxıb qərar qəbul etməlidir.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267