Binəqədidə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Azərbaycan deyəndə Səni düşünürük biz” adlı tədbir keçirilib.

 

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Nizami Cəfərov, Hikmət Babaoğlu, Kamaləddin Qafarov, Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev, RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının və dövlət idarələrinin rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbir iştirakçıları H. Əliyevin  abidəsi önünə gül dəstələri qoyublar.

 

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Nizami Cəfərov H. Əliyevin xalqımıza göstərdiyi misilsiz xidmətlərindən danışıb.  O, H. Əliyevin tarix boyu böyük ideyaları həyata keçirərək ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə böyük diqqət ayırdığını bildirib. N. Cəfərov H. Əliyevin xalq mənəviyyatına, psixologiyasına, ədəbiyyatına, mədəniyyətinə-bütün bunların daşıyıcısı olan ana dilimizə dərindən bələd olduğunu qeyd edərək dahi şəxsiyyətin siyasi kursunu bu gün prezident İlham Əliyevin uğurla və qətiyyətlə davam etdirdiyini diqqətə çatdırıb.

 

Milli Məclisin üzvü Hikmət Babaoğlu isə qeyd edib ki, H. Əliyev Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkətin işıqlı sabahının etibarlı bünövrəsini yaradıb. Natiq qeyd edib ki,  Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır və XX əsrin 60-cı illərinin sonundan başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnib.

 

Azərbaycanın müstəqilliyinin bərpasından  söz açan deputat Kəmaləddin Qafarov ilk illərdə ölkəmizdə bütün sahələrdə yaşanan tənəzzüldən danışaraq yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın dinamik inkişaf yoluna qədəm qoyduğunu, beynəlxalq ictimaiyyət arasında dərin hörmət və nüfuz qazandığını deyib, H. Əliyevin hər bir azərbaycanlıya örnək olan, müasir tariximizin ən şanlı və parlaq səhifələrini yazan zəngin dövlətçilik fəaliyyətindən söz açıb.

 

Çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov isə Heydər Əliyevin hər bir azərbaycanlının həyatında dərin iz qoyduğunu vurğulayıb. O bildirib ki, bu gün hər birimiz H. Əliyevin qurub yaratdığı, dünyaya tanıtdığı müasir, müstəqil Azərbaycanın vətəndaşları olmağımızla fəxr edirik. X. İsgəndərov Heydər Əliyev vətənpərvərliyinin, mərdliyinin, mübarizliyinin həmişə hər birimiz üçün nümunə olduğunu və onun Azərbaycan xalqının əbədiyaşar lideri kimi daim qəlblərimizdə yaşayacağını qeyd edib, H. Əliyevi bütün dövrlərin ən böyük Azərbaycanlısı adlandırıb.

 

Tədbir bədii hissə ilə davam etdirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn denizden meyiti tapilan sexslerin kimliyi mueyyenlesib
    FHN: Dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib...
  • los ancelesde adr in 100 illiyi qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi qeyd olunub
los ancelesde adr in 100 illiyi qeyd olunub los ancelesde adr in 100 illiyi qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276