Birinci vitse-prezident Mehriban Əliyeva fəaliyyətini sosial məsələlərin həllinə yönəldəcəyini bildirib

birinci vitse prezident mehriban eliyeva fealiyyetini sosial meselelerin helline yoneldeceyini bildirib

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva fəaliyyətini sosial məsələlərinin həllinə yönəldəcəyini bildirib.

 

APA-nın məlumatına görə, bu barədə Mehriban Əliyeva Rusiyanın “Vesti nedeli” verilişinə müsahibəsində deyib.

 

“Mən işimi sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətindəyəm. Mərhəmətsizlik və laqeydlik qorxulu anlayışlardı. İstər ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumaq vacibdir”, deyə M.Əliyeva bildirib.

 

O, həmçinin, vurğulayıb ki, dövlət başçısının həyat yoldaşı olmaqla yanaşı, həm də silahdaşıdır: “Məni vitse-prezident vəzifəsinə təyin etmək şəxsən Azərbaycan prezidentinin təşəbbüsüdür. Çox güman ki, uzun illər onun yalnız həyat yoldaşı deyil, silahdaşı olmağım da öz rolunu oynayıb. Biz bu təyinat barədə çox götür-qoy etdik, diskussiyalar apardıq. Əsas məsələ üzərimə götürəcəyim məsuliyyətlə bağlı idi. Lakin həyat yoldaşımın simasında mənə daim dəstək göstərməyə hazır olan şəxs görürəm. Əminəm ki, hər hansı şübhələrin yer aldığı halda o mənə düzgün yol göstərəcək”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tehlukesizlik orqanlari emekdaslarinin pese bayrami qeyd olunub
    Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olu...
  • tiflisde sona veliyevanin isiga geden yol romaninin teqdimati kecirilib
    Tiflisdə Sona Vəliyevanın “İşığa gedən yol” romanının təqdim...
tiflisde sona veliyevanin isiga geden yol romaninin teqdimati kecirilib tiflisde sona veliyevanin isiga geden yol romaninin teqdimati kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ