“Caspian European Club”un seçkiqabağı kampaniyası başlayıb

caspian european club un seckiqabagi kampaniyasi baslayib

www.caspianenergy.org  saytında “Caspian European Club”un İdarə heyətinin üzvlərinin və sahə komitələrinin rəhbərlərinin seçkiqabağı səsverməsinə start verilib.

 

“APA-Economics”in məlumatına görə, bu barədə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

 

T. Əliyev vurğulayıb ki, səsvermədə yalnız “Caspian European Club”un platin və ya qızıl statusuna malik şirkətlərin rəhbərləri və nümayəndələri öz namizədliklərini irəli sürə bilərlər. “Klubun gümüş və bürünc statusuna sahib dövlət şirkətlərinin və şirkətlərin rəhbərləri və nümayəndələri seçkilərdə namizəd ola bilməzlər”, - deyə o əlavə edib.

 

“İdarə heyətinin üzvlüyünə və sahə komitələrinin rəhbərliyinə namizədlərin seçkiqabağı kampaniya çərçivəsində çəkilmiş videoçarxlarda öz fəaliyyətləri barədə danışmaları artıq xoş ənənəyə çevrilib. Məhz bu səbəbdən biz həmin ənənəni davam etdirəcəyik”, - deyə Telman Əliyev söyləyib.

 

T. Əliyev qeyd edib ki, bir neçə ay ərzində www.caspianenergy.org saytında  hər bir namizədin tərcümeyi-halı və fotosu dərc olunmaqla ilkin onlayn səsvermə keçiriləcək. O əlavə edib ki, onlayn səsvermə PR xarakteri daşıyır və əsas seçkilərə heç bir təsiri yoxdur. Eyni zamanda namizədlər və onların işlədikləri şirkətlər haqqında mümkün qədər geniş məlumat təqdim etmək imkanı yaradır.

 

Onun sözlərinə görə, qeydiyyatdan keçmiş istənilən istifadəçi biznesin maraqlarını layiqincə qoruyacağından, sahibkarların problem və təkliflərini dövlət qurumlarına çatdıracağından, həmçinin biznes-hökumət dialoqunun daha da inkişafına kömək edəcəyindən əmin olduğu namizədə səs verə bilər.

 

T. Əliyev qeyd edib ki, seçkilərdə hər bir seçiciyə İdarə heyətinin üzvü və sahə komitəsinin rəhbəri üçün öz namizədini seçə biləcəyi  anket təqdim olunacaq. O həmçinin seçkilərin sonunda İdarə heyətinə paralel şəkildə sahə komitələrinə də rəhbərlik edə biləcək 9 üzvün seçiləcəyini əlavə edib. “Amma sahə klublarının heç də bütün rəhbərləri “Caspian European Club”un İdarə heyətinə üzv seçilə bilməzlər. “Caspian European Club”a üzvlüyün şərtlərinə əsasən, Klubun platin üzvlərindən 12, qızıl üzvlərindən 6, gümüş üzvlərindən 3, bürünc üzvlərindən isə 1 nəfər səs verə bilər”, - deyə o deyib.

 

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy İnternational Media Group”un fəal iştirakı ilə yaradılıb.

 

2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” təsis olunub. Hər iki təşkilat iki il ərzində “Caspian European Club”un İdarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik olaraq “American Club” və “Caspian Asian Club”un üzvü, “American Club” və “Caspian Asian Club”a daxil olan isə “Caspian European Club”un üzvü hesab olunurlar.

 

“Caspian European Club”un sədri Azərbaycan prezidenti İlham Əliyevdir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar
    ® Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İntern...
  • neftcalada 62 eded cetene kolu askarlanib
    Neftçalada 62 ədəd çətənə kolu aşkarlanıb
neftcalada 62 eded cetene kolu askarlanib neftcalada 62 eded cetene kolu askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267