Əli Hüseynli: “Elmar Vəliyevə qarşı törədilən ağır cinayətə adekvat hüquqi qiymət veriləcək”

eli huseynli elmar veliyeve qarsi toredilen agir cinayete adekvat huquqi qiymet verilecek

“Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və mühafizə polisinə qarşı törədilmiş cinayətə bəzi mətbuat vasitələrində və sosial şəbəkələrdə hər hansı formada qiymət verilməsi cəhdlərinə baxmayaraq, bu, ağır cinayətdir. Buna adekvat hüquqi qiymət veriləcək”.

 

Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

 

Ə. Hüseynli qeyd edib ki, bu cinayətə şəxsi ədavət zəminində, dini baxışlar fonunda və ya məmur-vətəndaş münasibətləri çərçivəsində yanaşmağa çalışaraq ictimai fikri çaşdırmaq yolverilməzdir: “Azərbaycan hüquqi dövlətdir və bu cür hallar hüquq çərçivəsində həll olunmalıdır”.

 

Komitə sədri deyib ki, E. Vəliyev bundan əvvəl Yevlax rayonunda İH başçısı işləyərkən də əhali ilə təmasda diqqətli olub: “Yevlaxdan seçilən bir deputat kimi deyə bilərəm ki, o vaxt onun fəaliyyətini yerli camaat təqdir edirdi. Həmişə əhalinin həssas olduğu dəyərlər və insanların sosial şəraiti onun diqqətində olub. Fəaliyyəti zamanı tabeliyində olan və işinin öhdəsindən gələ bilməyən yerli məmurlara iradlar bildirirdi. Sadə insanların, ümumiyyətlə, vətəndaşların hüquqlarının qorunmasında daim həssaslıq nümayiş etdirirdi. O, cənab prezidentin dediyi kimi, əhalinin xidmətçisi olub. Bunu Yevlaxda çoxları təsdiq edər”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267