Bakıda Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib - YENİLƏNİB

bakida heyder eliyevin 95 illik yubileyine hesr olunmus tenteneli merasim kecirilib yenilenib

Bakıda Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

 

APA-nın məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

 

Dövlət başçısı mərasimdə nitq söyləyib.

 

Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2018-ci il üzrə qalibləri elan olunub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli musiqi mədəniyyətimizin inkişafı və təbliği, Azərbaycan dirijorluq məktəbi ənənələrinin yüksək səviyyədə davam etdirilməsi istiqamətində göstərdiyi böyük xidmətlərə görə Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət Mükafatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri laureatı Rauf Abdullayevə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə görə Rusiyanın İTAR-TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Azərbaycan Respublikasının “Dostluq” və “Şöhrət” ordenləri laureatı Mixail Qusmana və Azərbaycan kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə görkəmli kinorejissor və ssenarist, Azərbaycan Respublikasının Xalq Artisti, “Şöhrət” və “Şərəf” ordenləri laureatı Eldar Quliyevə “Qızıl Çinar” beynəlxalq mükafatını təqdim edib.
Mərasim konsert proqramı ilə davam edib.
 

*** 18.37

 

Bakıda Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilir.

 

APA-nın məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak edirlər.

 

Dövlət başçısı mərasimdə nitq söyləyir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn denizden meyiti tapilan sexslerin kimliyi mueyyenlesib
    FHN: Dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib...
  • los ancelesde adr in 100 illiyi qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi qeyd olunub
los ancelesde adr in 100 illiyi qeyd olunub los ancelesde adr in 100 illiyi qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276