Kəmaləddin Heydərov: "Artıq qəza baş vermiş blokda bərpa işləri aparılır"

kemaleddin heyderov artiq qeza bas vermis blokda berpa isleri aparilir
"Təşvişə, narahatlığa heç bir əsas yoxdur"

"Bu gün Mingəçevir İES-in altıncı blokunda qəza baş verib. Ərazidə baş vermiş qəza yanğınla nəticələnib. Dərhal hadisə yerinə yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib, yanğın 20 dəqiqə ərzində söndürülüb".

 

Bunu APA-ya açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

 

K. Heydərov bildirib ki, artıq qəza baş vermiş blokda bərpa işləri aparılır.

 

"Artıq ölkənin şimal və bəzi qərb rayonlarına elektrik enerjisinin verilməsi bərpa olunub. Digər ərazilərə də elektrik enerjisinin verilməsi üçün iş aparılır"-deyə, nazir qeyd edib.

 

K. Heydərov bildirib ki, ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək: "Təşvişə, narahatlığa heç bir əsas yoxdur".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267