Millət vəkili Avropada Mühafizəkarlar və İslahatçılar Alyansını Cənubi Qafqazdakı münaqişələrə həssas yanaşmağa çağırıb

millet vekili avropada muhafizekarlar ve islahatcilar alyansini cenubi qafqazdaki munaqiselere hessas yanasmaga cagirib

 "Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətində qadınlara səsvermə hüququ verilib".

 

 APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib.

 

Q. Həsənquliyev deyib ki, Azərbaycan Avropa və Asiya arasında çox önəmli nəqliyyat qovşağına çevrilib: "Qarşımızda duran ən cciddi problem ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafdakı 7 rayonu  Rusiyanın forpostu olan Ermənistan tərəfindən işğal olunub. 1999-cu ildə Dəmirçiyan münaqişənin Azərbaycanla sülh yolu ilə həll olunması ilə bağlı danışıqlara başladığı üçün parlamentdə qətlə yetirilib".  

 

Millət vəkili qeyd edib ki, Ermənistan beynəlxalq hüquqa riayət edərsə, münaqişə həllini tapacaq: "Bu münaqişə regionda böyük humanitar fəlakətə gətirib çıxarıb. Biz ordu müdafiə sənayesinin inkişafına böyük diqqət yetiririk. Bu münaqişə həllini taparsa, bu vəsait digər sahələrə həllini tapa bilər. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli zamanının çatdığını düşünürük. Azərbaycanın ərazi  bütövlüyünün bərpası üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək lazımdır".

 

Q. Həsənquliyev sammit iştirakçılarını Cənubi Qafqaz regionunda baş verənlərə etinasız qalmamağa çağırıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti asiya inkisaf bankinin idare heyeti surasinin uzvlerini qebul edib
    Azərbaycan prezidenti Asiya İnkişaf Bankının İdarə Heyəti Şu...
  • 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar
    ® Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İntern...
174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267