MM üzvləri AŞPA komitələrinin iclaslarında iştirak edəcəklər

mm uzvleri aspa komitelerinin iclaslarinda istirak edecekler

Milli Məclisin deputatları Vüsal Hüseynov və Müslüm Məmmədov  Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün mayın 17-dən 19-dək Serbiyanın paytaxtı Belqradda səfərdə olacaqlar. 

MM-dən APA-ya verilən məlumata görə, toplantıda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası, Avropa Şurasına üzv ölkələrdə qanun aliliyinə yeni hədələr,  Avropa İnsan hüquqları konvensiyasına riayət edilməsi ilə bağlı məruzələr dinləniləcək.

Tədbirdə deputat Vüsal Hüseynov  “Ölüm cəzası və işgəncələr üçün istifadə edilən avadanlıqların ticarətinə qarşı beynəlxalq qanunvericiliyin gücləndirilməsi” mövzusunda məruzə ilə çıxış edəcək.

Deputat Sahibə Qafarova isə AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya daimi komitəsinin iclasında iştirak etmək üçün mayın 17-dən 20-dək İtaliyada səfərdə olacaq. Milan şəhərində keçiriləcək komitə iclasında Avropada milli azlıqların vəziyyəti, irqçilik, cinsi azlıqlara qarşı diskriminasiya, qadınlara qarşı zorakılıq və insan alveri ilə mübarizənin strategiyası, qaçqınların cəmiyyətə inteqrasiyası, üzv ölkələrdə bu sahədə mövcud olan neqativ halların qarşısının alınması barədə fikir  mübadiləsi  aparılacaq.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ecdadlarin izi ile movzusunda elmi konfrans kecirilib
    Bakıda "Əcdadların izi ilə" mövzusunda elmi konfrans keçiril...
  • koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir
    “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarı...
koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ