Sürücülük vəsiqəsi və avtomobillərin qeydiyyatına görə rüsumun artırılması məsələsi MM-in gündəliyindən çıxarılıb

suruculuk vesiqesi ve avtomobillerin qeydiyyatina gore rusumun artirilmasi meselesi mm in gundeliyinden cixarilib

Milli Milli Məclisin bu gün keçirilən iclasında müzakirəsi təxirə salınan məsələlər açıqlanıb.

 

APA-nın məlumatına görə, müzakirəsi təxirə salınmış gündəlikdəki 13-cü məsələ - "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumunun 18 manatdan 25 manata, avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun isə 17 manatdan 25 manata qaldırılması nəzərdə tutulur.

 

Bundan başqa, 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 rəqəmləri olan avto nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumunun 1500 manatdan 2000 manata, seriyası eyni hərflərdən ibarət olduqda ödənilən rüsumun 2500 manatdan 3000 manata, 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumunun 1000 manatdan 1500 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsumun 1500 manatdan 2000 manata, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumunun 500 manatdan 1000 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsumun 1000 manatdan 1500 manata qaldırılması təklif edilir.

 

 

***

 

12.09

 

Milli Məclisin bu gün keçirilən iclasında müzakirəsi planlaşdırılan məsələlərdən biri gündəlikdən çıxarılıb.

 

APA-nın məlumatına görə, bunu sədr Oqtay Əsədov elan edib.


Bu, 13-cü məsələ - "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar
    ® Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İntern...
  • neftcalada 62 eded cetene kolu askarlanib
    Neftçalada 62 ədəd çətənə kolu aşkarlanıb
neftcalada 62 eded cetene kolu askarlanib neftcalada 62 eded cetene kolu askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267