MM “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunu qəbul edib

mm etraf muhite tesirin qiymetlendirilmesi haqqinda qanunu qebul edib

Milli Məclisin bu gün keçirilən iclasında “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

 

 

APA-nın xəbərinə görə, layihə barədə deputat Kamran Nəbizadə məlumat verib.

 

O qeyd edib ki, əvvəlki oxunuşla müqayisədə deputatların təklif etdiyi bir neçə düzəliş nəzərə alınıb. 5 fəsil, 17 maddədən ibarət yeni qanun layihəsində Azərbaycanın 1999-cu ildə qoşulduğu Espo Konvensiyasının, yəni transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında konvensiyanın müddəaları nəzərə alınıb.  

 

Qanun layihəsi təsərrüfat və başqa fəaliyyətin, habelə strateji sənədlərin və ərazi planlaşdırılması sənədlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirir və bu sahədə yaranan münasibətləri tənzimləyəcək. Qanuna əlavə olunmuş sənəddə 33 fəaliyyət növünün siyahısı verilib. ƏMTQ-nin əsas məqsədi həmin siyahıda yer almış fəaliyyətlərin həyata keçirilməsi (məsələn, karbohidrogen ehtiyatlarının hasilatı, neft və qaz emalı zavodlarının, metallurgiya zavodlarının tikintisi, su bəndlərinin və su anbarlarının, magistral avtomobil yollarının, dəmiryol xətlərinin, hava limanlarının layihələndirilməsi və s.) zamanı ətraf mühitə mümkün mənfi təsirlərin aşkarlanıb aradan qaldırılmasıdır.

 

Layihə səsə qoyularaq qəbul edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti asiya inkisaf bankinin idare heyeti surasinin uzvlerini qebul edib
    Azərbaycan prezidenti Asiya İnkişaf Bankının İdarə Heyəti Şu...
  • 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar
    ® Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İntern...
174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267