MM “Məşğulluq haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

mm mesgulluq haqqinda qanun layihesini ikinci oxunusda qebul edib

Milli Məclisin bu gün keçirilən iclasında “Məşğulluq haqqında” qanun layihəsinə ikinci oxunuşda müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, layihə barədə Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

 

Bildirilib ki, ikinci oxunuşda qanun layihəsini yeni fəsil əlavə edilib.

 

Üç maddədən ibarət olan yeni V fəsildə bildirilir ki, şəxsin məşğulluğuna dair məlumatlar məşğul şəxslərin reyestrinə daxil edilmədikdə qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı ilə məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq birgə nəzarət tədbirləri həyata keçirilir.

 

Fəsildə o da bildirilir ki, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə əmək ehtiyatları ilə bağlı informasiya ehtiyatlarının, eləcə də qeyri-formal məşğulluğu müəyyən etməyə imkan verən digər informasiya sistemlərinin və ehtiyatlarının əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə inteqrasiyası əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı yaradılır.

 

Qeyri-formal məşğulluğun qarşısının alınmasına dair preventiv tədbirlər görülməsi və risk qiymətləndirilməsi sisteminin müvafiq icra hakimiyyəti orqanları tərəfindən tətbiqi “Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı vasitəsilə həyata keçirilir.

 

Layihə ikinci oxunuşda qəbul olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar
    ® Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İntern...
  • neftcalada 62 eded cetene kolu askarlanib
    Neftçalada 62 ədəd çətənə kolu aşkarlanıb
neftcalada 62 eded cetene kolu askarlanib neftcalada 62 eded cetene kolu askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267