MM Ramiz Rzayevi yenidən Ali Məhkəmənin hakimi təyin edib

mm ramiz rzayevi yeniden ali mehkemenin hakimi teyin edib

Milli Məclisin bu gün keçirilən iclasında Ramiz Rzayevin yenidən Azərbaycan Ali Məhkəmənin hakimi təyin olunması məsələsinə baxılıb. 

 

APA-nın məlumatına görə, layihə barədə məlumat verən MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ramiz Rzayev uzun müddət nəinki məhkəmə sistemində, o cümlədən prokurorluq orqanlarında peşəkar fəaliyyəti ilə daim nümunə göstərib, hüquq sisteminə ciddi töhfələr verib: “Buna görə də Məhkəmə Hüquq Şurasının onunla bağlı qəbul etdiyi qərarı cənab prezident dəstəkləyib və Milli Məclisə təqdim edib”.

 

Bundan başqa, Qasım Əliyevin Naxçıvan MR Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ də MM-də təqdim olunub. Hər iki məsələ səsə qoyularaq qəbul olunub.

 

Qeyd edək ki, R. Rzayev hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
  • agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib
    Ağdaşda tərəvəz sahəsində narkotik yetişdirən iki qardaş həb...
agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272