Nazir müavini: "Azərbaycandakı islahatlar qeyri-neft sektorunun inkişafına yönəlib"

nazir muavini azerbaycandaki islahatlar qeyri neft sektorunun inkisafina yonelib

"Bakıda bu cür tədbirlərin həyata keçirilməsi ölkəmizdəki islahatların, xüsusilə iqtisadi islahatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir".

 

APA-nın xəbərinə görə, bunu iqtisadiyyat  nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammitində çıxışında deyib.

 

S.Məmmədov vurğulayıb ki, Azərbaycan bu gün bütün sahələrdə inkişaf edir və mövcud imkanlarından potensialını reallaşdırmaq üçün istifadə edir: "Bütün bunların başında dövlət başçısının həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət durur. Azərbaycadakı islahatlar qeyri-neft sektorunun inkişafına, sosial-iqtisadi bərabərlik, regionların, sahibkarlığın inkişafına yönəlib və bunlar əsas prioritetlərdir. Biznes mühiti və sahibkarlığın inkişafı olmadan iqtisadi inkişafdan danışmaq olmaz. Bu gün Azərbaycan iqtisadiyyatı çətin iqtisadi proseslərə dayanıqlılıq nümayiş etdirir. Son 15 ildə görülən tədbirlər nəticəsində ölkədə minimum əməkhaqqı 14,4 dəfə, əhalinin gəlirləri 9,8 dəfə artıb, yoxsulluq səviyyəsi 5,4 faizə, işsizlik isə 5 faizə enib. Görülən tədbirlər  nəticəsində 2018-ci ilin birinci rübünə uyğun olaraq, ölkədə  ümum daxili məhsul 1,2% artıb. Bu gün əsas diqqət ixraca, qeyri-neft ixracına yönəlib. Bu ilin birinci rübünə görə ixrac 16 faiz, qeyri-neft ixracı isə 19,3 faiz artıb", - deyə S.Məmmədov əlavə edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti asiya inkisaf bankinin idare heyeti surasinin uzvlerini qebul edib
    Azərbaycan prezidenti Asiya İnkişaf Bankının İdarə Heyəti Şu...
  • 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar
    ® Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İntern...
174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267