Oqtay Əsədov: “Heydər Əliyev bütün dövrlərdə xalqın ümidlərini doğruldub, əsl lider olduğunu nümayiş etdirib”

oqtay esedov heyder eliyev butun dovrlerde xalqin umidlerini dogruldub esl lider oldugunu numayis etdirib

“Hər dövr öz şəxsiyyətini yaradır. Dövlətimizin müstəqilliyi Heydər Əliyevin sayəsində qorunub”.

 

APA-ın məlumatına görə, bunu bu gün Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında spiker Oqtay Əsədov söyləyib.

 

O. Əsədov bildirib ki, Heydər Əliyev bütün dövrlərdə xalqın ümidlərini doğruldub, əsl lider olduğunu nümayiş etdirib: “SSRİ-də ən geridə qalmış ölkə olan Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə inkişaf edib. Heydər Əliyevin sayəsində Azərbaycan dili dövlət kimi Konstitusiyada əksini tapıb.  SSRİ-nin müxtəlif şəhərlərinə gənclərimiz ali təhsil almağa göndərilib. Heydər Əliyev SSRİ Nazirlər Kabinetində çalışarkən də Azərbaycan üçün çox şey edib. 1987-ci ilin oktyabrında Heydər Əliyev SSRİ-də hakimiyyətdən uzaqlaşdırılandan sonra isə Azərbaycanın faciələri başladı”.

 

O. Əsədov 1990-cı illərin əvvəlində rəhbərliyin təcrübəsizliyi, naşılığı səbəbindən Azərbaycanın müstəqilliyinin təhlükə altına düşdüyünü qeyd edib: “Xalq Cümhuriyyətinin müstəqilliyini qorumaq mümkün olmasa da, Azərbaycanın ikinci dəfə əldə etdiyi müstəqilliyi qorumaq məhz Heydər Əliyevin sayəsində mümkün olub. Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçildi, ölkənin ictimai-siyasi həyatı üçün çox mühüm qərarlar qəbul edildi. Heydər Əliyevin xilaskarlıq missiyasında ilk addım ölkəni parçalanmaqdan qorumaq olub. Milli Ordumuz gücləndirildi, Azərbaycanla silah dilində danışmağın mümkün olmadığı ortaya qoyuldu və atəşkəs müqaviləsi imzalandı”.

 

“Əsrin müqaviləsi”nin imzalanması və neft kəmərlərinin çəkili ilə iqtisadi tənəzzülə son qoyulduğunu bildirən Milli Məclisin sədri 1995-ci ildə Konstitusiyanın qəbul edildiyini bildirib: “Şərq aləmində ilk dəfə ölüm cəzası ləğv edildi. Eyni zamanda siyasi partiyaların fəaliyyəti üçün şərait yaradıldı, azərbaycançılıq milli ideologiyaya çevrildi. Dünyanın müxtəlif ölkələrində diaspor təşkilatları yaradıldı”.

 

Spiker qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə hüquqi demokratik dövlət quruculuğu üçün bütün əsaslar yaradılıb: "Bu siyasi kurs prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir ”.

 

O. Əsədov bildirib ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri  əvəzedilməz və unudulmazdır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün bölgədə və dünyada söz sahibidir. Dövlət başçısının dediyi kimi, Azərbaycan bu gün tam mənada müstəqil siyasət aparır, öz siyasətində yalnız Azərbaycan xalına arxalanır”.

 

Milli Məclisin sədri qeyd edib ki, parlament müasir Azərbaycanda xalqın suveren hüquqlarını müdafiə edən orqandır: “Heydər Əliyevdən güc almış inkişaf strategiyası prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın daha da gözəl günlərə yaşamasında əsas rol oynayacaq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn denizden meyiti tapilan sexslerin kimliyi mueyyenlesib
    FHN: Dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib...
  • los ancelesde adr in 100 illiyi qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi qeyd olunub
los ancelesde adr in 100 illiyi qeyd olunub los ancelesde adr in 100 illiyi qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276