Prezident: “Azərbaycanda fəaliyyət göstərən laboratoriyaların beynəlxalq akkreditasiyadan keçməsi vacibdir”

prezident azerbaycanda fealiyyet gosteren laboratoriyalarin beynelxalq akkreditasiyadan kecmesi vacibdir

“Azərbaycanın ixrac potensialı bundan sonra daha da artacaq, ölkəmizin tələbatı daha çox yerli məhsullarla təmin ediləcək. Əminəm ki, 2017-ci il daha yaxşı dinamika ilə başa vuracağıq”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.

 

Dövlət başçısı bildirib ki, Azərbaycanda ixrac yönümlü müəssisələrin yaradılmasına daha çox diqqət göstərilməlidir: “Azərbaycanda investisiya iqlimi müsbətdir. Xarici və daxili investorları cəlb etmək üçün əlverişli şərait var. Azərbaycanda istehsal olunan məhsullara verilən sertifikatların xarici ölkələrdə tanınması üçün ölkədə fəaliyyət göstərən laboratoriyaların beynəlxalq akkreditasiyadan keçməsi vacibdir”.

 

Prezident qeyd edib ki, kadr hazırlığı qarşıda duran əsas məsələlərdən biridir: “Azərbaycan bir çox ölkədə “Ticarət evləri” yaradacaq. Yaxın vaxtlarda ilk “Ticarət evi” Belarusda açılacaq. Xarici ölkələrdə Azərbaycan məhsullarına böyük maraq var. Prioritet ixrac bazarlarındakı böyük satış şəbəkələri ilə işgüzar əməkdaşlıq qurulmalı, onlar Azərbaycana dəvət edilməli, imkanlarımızla tanış olmalı, qabaqcıl müəssisələri görməlidirlər”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib
    Baş Prokurorluq: “Bank Standard”ın keçmiş rəhbəri istintaqda...
  • nazirlik mmmc lerin sayi 53 e catib
    Nazirlik: MMMC-lərin sayı 53-ə çatıb
nazirlik mmmc lerin sayi 53 e catib nazirlik mmmc lerin sayi 53 e catib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyul, 2017

USD
1.701
 
EUR
1.9798
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ