Prezident: "Makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın birrəqəmli olması vacibdir"

prezident makroiqtisadi sabitliyin temin edilmesi inflyasiyanin birreqemli olmasi vacibdir

"2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın birrəqəmli olması vacibdir".

 

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib. O, bank sektorunun sağlamlaşdırılması ilə bağlı bu il də geniş tədbirlərin görüləcəyini bildirib.

 

Dövlət başçısı sənaye parklarının yaradılması, kənd təsərrüfatının, xüsusilə taxıl, pambıq, barama, çay və şərab istehsalının artırılması, valyuta gətirən meyvə plantasiyalarının salınması, heyvandarlığın inkişafı ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətindən danışıb, istehsal olunan məhsullar üçün yeni bazarların tapılmasının vacibliyini vurğulayıb. Ölkədə infrastrukturun yaradılması, qazlaşdırmanın aparılması, kənd yollarının tikintisi, içməli su layihələrinin icrası ilə əlaqədar tapşırıqlar verən prezident hərbi potensialın gücləndirilməsi ilə bağlı əlavə tədbirlərin görüləcəyini də söyləyib. O, ekoloji tədbirlərin, ölkəyə turist axının stimullaşdırılmasının, "Asan Xidmət"in coğrafiyasının və funksiyalarının genişləndirilməsinin, Ələtdəki Bakı Beynəlxalq Dəniz Limanının tikintisinin birinci mərhələsinin tam başa çatdırılmasının diqqət mərkəzində saxlanıldığını ifadə edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:12 23 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • semkirde sehid herbci torpaga tapsirilib
    Şəmkirdə şəhid hərbçi torpağa tapşırılıb
  • bakida qazaxistanin bmt tehlukesizlik surasinin uzvu secilmesi ile bagli deyirmi masa kecirilib
    Bakıda Qazaxıstanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilmə...
bakida qazaxistanin bmt tehlukesizlik surasinin uzvu secilmesi ile bagli deyirmi masa kecirilib bakida qazaxistanin bmt tehlukesizlik surasinin uzvu secilmesi ile bagli deyirmi masa kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Fevral, 2017

USD
1.7447
 
EUR
1.8426
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ