Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

 

APA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb.

 

Azərbaycan Respublikasının dövlət himni səslənib.

 

Sonra dövlət başçısı və ailə üzvləri akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.

 

Mərasimdə baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.

 

Bu gün Heydər Əliyevin anadan olmasının 95 il ötür. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn denizden meyiti tapilan sexslerin kimliyi mueyyenlesib
    FHN: Dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib...
  • los ancelesde adr in 100 illiyi qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi qeyd olunub
los ancelesde adr in 100 illiyi qeyd olunub los ancelesde adr in 100 illiyi qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276